Emilia Romanyanın dəniz ehtişamı: MYLIUS, “Made in Italy” imzalı dəniz incisi

Emilia Romanyanın dəniz ehtişamı: MYLIUS, “Made in Italy” imzalı dəniz incisi

Bizim başlıca məqsədimiz həqiqətən qürurlandığımız amillər olan yaradıcılıq, gözəlliyi duymaq hissi, italyanların incəsənətdən tutmuş qida və şərab, dəb və dizayna qədər hər bir sahədə ifadə etdiyi mükəmməllik axtarışını təşviq edərək, Made in Italy markasını beynəlxalq arenada ən yüksək pillələrə ucaltmasından danışmaqdır.


Dənizi və yelkənli nəqliyyatı sevən biz italyanlar üçün, italyan gəmiqayırma sektorunun təntənəsi sayılan Mylius gəmiqayırma zavodları haqqında məlumatı oxucularımızın diqqətinə ərz etmək bizim üçün həqiqətən qürurvericidir. Mylius yaxtalarına aşiq olmaq üçün bir baxış kifayətdir! Forma və mahiyyət baxımından mükəmməl olan bu dəniz inciləri, Made in Italy markasının tam mənası ilə təcəssüm etdirir.


Mylius Yachts

Təsadüfi deyil ki, dünyanın hər yerində öz təsdiqini tapmış, saysız-hesabsız layihələri ilə öyünən 2003-cü ildə yaranmış Mylius gəmiqayırma zavodları İtaliyanın Emilia Romanya regionunun tam mərkəzində, Podentsanoda (Piaçenza əyaləti) yerləşir. Gəmi dizaynının bütün mərhələləri də məhz burada baş verir: konsept, dəniz memarlığı, interyer, avadanlıq, gəminin strukturu, göyərtə planları, hər xırda detaldan tutmuş gəminin örtük və ya aksesuarlarına qədər.

İşə həvəs, yenilik, səmərəlilik, keyfiyyət, Luçano Gandinin başçılıq etdiyi Mylius komandasına misilsiz və təkrarolunmaz üsluba sahib olan gəmilərin hazırlanmasında maksimum nəticələr qazandıran başlıca xüsusiyyətlərdir.


Myliusun əsas hədəfi gəmi sahiblərinin ehtiyaclarını tam şəkildə təmin etmək, istəklərini reallaşdırmaqdır. Elə bu səbəbdəndir ki, gəmi sahibi layihə və texniki seçimlərdə iştirak edərək, gəminin hazırlanma prosesinə cəlb edilir. Beləliklə hər bir gəmi sənətkar qayğısına və mütəmadi keyfiyyət axtarışına söykənən "unikal bir nümunə" halına gəlir.

Genişliyi 50-80 fut arasında dəyişən çox spektrli Mylius yaxtaları, istər səyahət, istərsə də yarış üçün, özündə yüksək səviyyəli iş qabiliyyəti və maksimum rahatlığı birləşdirən ideal yelkənli qayıqlar yaratmağı bacardı.


Əgər planınızda yelkənli qayıq almaq varsa, sizə həmişəki kimi gözəllik və keyfiyyət nişanəsi olan Made in Italy markasını məsləhət görürük.
Ətraflı məlumat üçün www.mylius.it səhifəsinə baxın.

Müəllif: Paola Casagrande
Tərcümə: Kəmalə Əliyeva

14 Iyul 2020