Friulidən Cannola Nonino, İtaliyanın ən yaxşı qrappasının xaç anası

Friulidən Cannola Nonino, İtaliyanın ən yaxşı qrappasının xaç anası

Cannola Nonino ilə görüş, taleyin bizə bəxş etdiyi unudulmaz şanslardan sayıla bilər. Təbiətdən güc alan və insana yaşamaq eşqi bəxş edən Cannolanı sadəcə dinlədikdən sonra insan özünü üstün biri hiss edir. Qadın cinsinə mənsub olmaqdan qürur duymağımıza səbəb olan bu insanla görüş psixoterapevt seansından daha çox təsir gücünə malikdir. Onun gücü, cəsarəti, bacarığı və şən ruhu sən hiss etmədən belə damarlarına hopur.


Bəs onun sirri nədir? Bilmirəm, amma bəlkə də bir ipucu var. Cannola hər şeydən öncə sevən qadındır. Hətta deyərdim ki, sevdiyini utanıb çəkinmədən hər zaman bəyan edən qadındır. Çətin ki, 1938-ci il doğumlu başqa bir xanım hələ də öz Benitosuna aşiq olduğunu və onu tanıdığı gündən indiyə kimi sevgi etirafını gözlədiyini açıq-aydın deyər. Cütlük hamımızın yaşadığı bu Sunaminin yaratdığı gərginliyi azaltmaq üçün axşam “Spirito” Nonino ilə sağlıq deyir və sevimli musiqilərinin sədaları altında rəqs edir. Ola bilsin ki, Cannolanın gücü məhz burdan, bütün klişeleri darmadağın etməsindən irəli gəlir.  80 yaşını adlamış burjus qadın öz hisslərini yeniyetmə qızlara məxsus sevinclə ifadə etmir, çox gülmür və söyüş sözlərini dilinə gətirmir. Lakin Cannola bənzərsiz qadındır və nə yaxşı ki belədir!

Foto sx: Giannola & Benito - Foto dx: Giannola con genitori e sorella

Özü haqqında danışmağı ondan xahiş edəndə, o, sözünə “Doğru ailədə anadan olmuşam” fikri ilə başlayır və sonra da öz sevimli valideynlərindən danışır. “Siz maddi baxımdan müstəqil olmalısınız, heç zaman bir kişi ilə sizi bu mənada təmin etsin deyə münasibət qurmayın, sən və bacın yetkin insansınız. Siz yanınızda olan insana hörmət hissi ilə yanaşın”.

Hər ailəyə məxsus problemlərdən söz düşəndə Cannola artıq sənə çıxış yolları təklif edərək atasının qurduğu kənd təsərüffatı maşınları zavodunun problemlərindən də söhbət açır.  Özü kimi nikbin ruhlu atasının necə İsveç mebeli şirkəti açaraq öz işçilərini geri çağırması və o dövrdə Nyu Yorka qədər gedib çıxan etibarlı italyan dizaynerə çevrilməsindən bəhs edir.


Çılğın Cannola öz sevimli Benitosu isə görüşlərindən danışaraq söhbətinə davam edir. “Onu ilk dəfə gənclərin görüş yeri sayılan kəndin o başındakı kiçik çayın sahilində görmüşdüm. Elə xoşuma gəlirdi ki! O isə məndən böyük idi, heç mənə nəzər belə yetirmirdi. Nəhayət 18 yaşımın tamam olduğu gün şənlik təşkil elədim və onu da dəvət etdim. Xoşbəxtlikdən Benitonun o vaxtkı sevgilisi həmin ərəfədə qızılca xəstəliyinə tutulmuşdu və gələ bilməmişdi! (Gülür!). Və o zamandan etibarən biz bir yerdəyik. Deməliyəm ki, bu bayağı şirin sevgi deyil, əksinə daimi mübarizədir. Çünki, bu zaman aşiq xanımın səsində sevgi açıq aydın hiss olunur, hər dəfə yenidən barışmaq gözəldir!”

Cannola Benitonu qucaqlayır, beləcə onunla bərabər öz hekayəsinə və təbii ki Grappa Nonino şirkətinə sevgisi haqqında danışmağa başlayır. Xanım yük maşınını idarə etməyi və işi üçün lazım olan hər şeyi öyrənir. O hətta üzümçülərin həyat yoldaşları ilə rəfiqəlik edir ki, ona tinglərin cecələrini ayrı-ayrılıqda satsınlar. Bir sözlə bütün sevgisini şirkətə həsr edir, çünki özü dediyi kimi “mənimlə Benito arasındakı mübahisələrdə heç vaxt biz qazanmırıq, qazanan həmişə qrappa olur”!

Selezione dei distillati e liquori Nonino

Sevgi, entuziazm və strategiyalar sayəsində Cannola və Benito Grappa Noninonu Küllücədən(Zoluşkadan) distillə şərabların Kraliçasına çevirməyi bacarmışdır. Və 10 il çəkən tədqiqat və cəhdlərdən sonra 1 dekabr 1973-cü ildə ilk dəfə bir növ üzüm tənəyindən qrappa, yəni Picolit şərabını hazırlayırlar. Beləliklə Monovitigno® Picolit markası yaranır və bu əsl qələbə idi!

Cannola və Benitonun sevgisindən üç qız övladı dünyaya gəlir və şirkətə olan sevgi də eyni sədaqətlə davam edir. Keyfiyyətdə irəliləyişlər göz qabağındadır, Kristina, Antonella və Elizabetta Nonino da bu işə olan böyük sevgilərinin məhsulu olan yeni yüksək keyfiyyətli distillə üsulu şərablar yaratmışlar.

Famiglia Nonino

Şirkətin bütün uğurlarından danışmaq üçün minlərlə səhifə yetməz, çünki söhbət İtaliyanın qüruru olan bir ailədən gedir. Cannolanın sözləri ilə desək “Distillə üsulu şərab sənəti möcüzə deyil, ondan danışmaq yetmir, bu işə öz gözlərinlə baxmaq və ürəklə hiss etmək gərəkdir. Mən hələ də işləyən distillyator görəndə həyəcanlanıram...”

Müəllif: Lucia Macale
Tərcümə: Gülnar Məlikova

17 Iyul 2020