İtaliyanın ən ədviyyatlı mətbəxinin sirləri haqqında Kalabriyalı şef Elio Bevilakuanın söylədikləri

İtaliyanın ən ədviyyatlı mətbəxinin sirləri haqqında Kalabriyalı şef Elio Bevilakuanın söylədikləri

Kəskin və həlledici ləzzətlər,sadə kombinasiya lakin sərt bir dad: Kalabriya mətbəxi orijinallıq,ənənə və acılıq təntənəsidir!
Beləliklə yarımadanın ən ləziz mətbəxinin sirrləri?


Bütün bunlar haqqında bizə İtalyan mətbəxinin Bakıdakı nümayəndəsi, 20 ildən çoxdur fəaliyyət göstərən, 2018-ci ildə " Best Restaurant with Pizzeria in the World " mükafatına  layiq görülən Scalini restoranının baş aşpazı Elio Bevilakua məlumat verəcək.

Elio Bevilacqua

Şef, Kalabriya mətbəxi necə yaarnıb?
Kalabriya mətbəxinin kökləri kənd ənənələri üzərində qurulub: sadə və çox da tədqiq edilməyən, sadəcə öz torpağının məhsullarına bağlı bir mətbəxdir. İqlim və ərazi xüsusiyyətlərinin mükəmməl vəhdəti ənənəvi yeməklərdə daha çox istifadə edilən Kalabriya  məhsullarına bənzərsiz və misilsiz ləzzət verir.

Kalarbriyanın hansı tipik məhsulları var?
Kalabriya, torpaq məhsullarından dəniz məhsullarına, kolbasadan pendirə qədər yerli qida və şərab məhsullari ilə zəngindir. Əgər Sila kəndinə məxsus bir dilim qızardılmış Kaçokavallo (DOP) pendirindən yesəniz dadı damağınızdan getməyəcək. Kalabriya mətbəxinin əsas qəhrəmanlarından biri acı bibərdir. Bu növ bibərin acılıqdan əlavə, ən vacib xüsusiyyəti, Kalabriyasayağı ət sousundan tutmuş, istifadə edildiyi bütün yemeklərə xüsusi dad verən, başdöndürən bir ətrinin olmasıdır.

Caciocavallo & Peperoncino

Bütün dünyada hər kəsin damaq dadını oxşayan məşhur Kalabriya  ’nduja-sı haqqında nə deyə bilərsinizz?
Tipik regional ləzzət, la ‘nduja donuz ətindən və xüsusi növ bibərdən hazırlanmış kolbasadır. Dilimlənmiş formada yeyilməkədn əlavə ‘nduja  pastasını həm çörək  həm də pizza üzərinə yaxaraq dadmaq mümkündür. ’Nduja  ilə fileja (və ya makaron), dəmir şiş ilə bükülərək hazırlanan və daha sonra ‘nduja ilə dadlandırılan təzə pasta növüdür.

Kalabriya mətbəxinin qürüru adlandıra biləcəyimiz başqa hansı məhsulları var?
Kalabriya mətbəxinin kraliçası və regionun  mükəmməl məhsulu, xüsusi şirinliyi ilə seçilən qırmızı soğanın bir növü olan Tropea İGP (coğrafi göstərici) qırmızı soğanıdır. İstər çiy formada  istərsə də, yeməklərin tərkibində istifadə edilə bilər. Silanın İGP kartof əsaslı qarnir ‘mpacchiuse-nin əsas inqrediyentlərindən biridir.

Cipolla di Tropea

Kalabriya iki dənizlə əhatələnib, balıq tərkibli reseptlər haqqında nə deyə bilərsiniz?
Əlbəttə ki bu regionda Kalabriya sahillərində tutulan ləzzətli təzə balıq yeməkləri də var. Məsəslən, krozentina sayağı duzlu balıq olan pomidor və zeytun yağı ilə hazırlanmış treska balığı daha sonra  çörək qırıntıları ilə pasta, yaxud kilkə və çörək qırıntıları ilə spaqetti və linquine. 

O zaman şef, mətbəxinizin sirlərini bizə aça bilərsinizmi?
Sadəlik və orijinallıq, ərazinin yerli məhsulları ilə sıx bağlılıq, dadlı və iştahaçan ləzzətlər toplusu: İtaliyanın ən ədviyyəli mətbəxinin sirləri bunlardır.

Əziz oxucular, sizin də evdə hazırlaya biləcəyiniz "nduja-lı bavette" hazırlamağa gedən aşpazımıza təşəkkür edirik!!!!


All the secrets of the spiciest cuisine in Italy, by Chef Elio Bevilacqua


Müəllif: Rita Pistore
Tərcümə: Nərgiz Cəfərova

01 İyun 2020