Sextantio, dünyanın ən ecazkar ünvanı

Sextantio, dünyanın ən ecazkar ünvanı

Lüks nədir? Bizi tez-tez düşündürən bu suala hər kəs özünəməxsus şəkildə cavab verə bilər. “Lüks” kəlməsi latın mənşəli olub, yaşam tərzində bolluq, təmtəraq mənası verən “luxus”  sözündən yaranmışdır! Baxmayaraq ki, bər-bəzəkli, təmtəraqlı, zəngin görünən hər şey lüks hesab edilir, bizim fikrimizcə isə əsl lüks bu stereotipləri aşaraq daha yuxarı səviyyəyə qalxmış və bizi əhatə edən əşyaların əsh ruhunu təcəssüm etdirməyə qədər irəli getmişdir.

 

Bizim ruh halımızı yaxşılaşdıran, fiziki və mənəvi rahatlıq bəxş edən hər şey lüksdur. Müasirliyin dağıdıcı izharı kimi görünən israfın baş alıb getdiyi bu sürət əsrində gündəlik həyatın qulaqbatırıcı səsləri bizim ən məhrəm ehtiyaclarımızı belə ört-basdır edir. Zaman, astagəllik, süküt, minimalizm, təbiilik, daxili zənginlik bizim hər birimizin can atmalı olduğu lüks, məhz bu sadaladıqalrımızdır!

Bu yanaşmanın reallaşmış gerçək nümunəsi Bazilikatada, YUNESKOnun İrsinə daxil olunmuş Sassi di Matera-da yerləşən Hotel Sextantio Le Grotte di Civita-dır. Fövqüzaman, xoş aura saçan bu məkan bizi insanla təbiətin birgə ahəngdə, bir-birinin ehtiyaclarına hörmətlə yaşadığı dövrlərə geri aparır.



Sextantio Le Grotte della Civita, Matera

New York Times tərəfindən “dünyanın ən ecazkar ünvanı”, Times tərəfindən isə “dünyanın on ən gözəl otelindən biri” adlandırılan, Tatler di Condé Nast bələdçisində “planetin yüz ən gözəl oteli” siyahısında yer alan Hotel Sextantio Le Grotte di Civita ətraf mühitin sadə xüsusiyyətlərini nəzərə alaraq təchiz edilmiş  və işıqlandırılmış 18 suite otağa malikdir. Sassi tipik yaşayış məskənlərində yerləşən bu məkan insanı keçmişə aparan ruhu ilə valeh edir: sanki keçmişə baş vurursan və orada isə səni bənzərsiz gözəllik, eksklüzivlik və rahatlıq öz ağuşuna alır.

Bu məkanda hiss və duyğular yüyənsizcəsinə şahə qalxır və insan təxəyyülü sərhəd tanımır... tuf daşının sehrindən xumarlanmaq, təbii şam işığının sehrində ovsunlanmaq, közərən buxarının zərif atəşindən qızınmaq və otağın ahənginə uyğun keramikadan hazırlanmış bəyaz vannada suya qərq olmaq həqiqətən unudulmaz anlar bəxş edir. Əsl hüzuru yalnız burada tapa bilərsiniz!


Rahatlıq tapmaq, ruhunu yeniləmək, özünü yenidən kəşf etmək
üçün ideal hesab olunan bu məkan, həmçinin Matera kimi bənzərsiz gözəlliyə malik bu şəhərin əhatəsində unudulmaz sevgi röyanızı, öz bal ayınızı keçirmək üçün də ideal yerdir.

Beləliklə, əsl lüks nədir? Bu gün bu suala biz belə cavab veririk: Sextantio!!!

Bu möhtəşəm layihə ilə ətraflı şəkildə tanış olmaq istəyirsinizsə, www.sextantio.it saytını ziyarət edə bilərsiniz.

Müəllif: Paola Casagrande
Tərcümə: Gülnar Məlikova

25 Maggio 2020