Abrutso " yolda"... duyğularla dolu bir səyahət!

Abrutso " yolda"... duyğularla dolu bir səyahət!

Abrutsonun möcüzələrini kəşf etmək  üçün səyahətimiz davam edir, bu dəfə isə sizi gurultulu  mühərriki olan  "iki təkərli"  motosikletlə  bir gəzintiyə aparırıq. Budur nəfəskəsən bir motosiklet turu üçün ən məsləhətli yerlərdən biri olan Abrutsonun "yolda" adlı mini bələdçisini sizə təqdim edirik!


"Qotik şəhər" olaraq da bilinən Sulmona hələ də XIV əsrə aid Orta əsrə xas xüsusiyyətlətini qoruyub saxlayır; Pelinya vadisində salınan bu şəhər Mərkəzi İtaliyanın tipik ləzzəti sayılan qara trufel həvəskarları ilə məşhurdur. Motosiklet turu burada başlayır! Bu qədim şəhərə baş çəkdikdən və bəzi yerli ləzzətləri daddıqdan sonra motosikletlə bir neçə kilometr məsafədə yerləşən iki vazkeçilməz yerə doğru yollanın: Skanno və Barrea gölü, adını çəkdiyimiz ikinci göl bütün yol boyu görə biləcəyiniz maralları ilə məşhurdur.

Gole del Sagittario

SS17-yə minərək tanınmış yerləri Dağ Qalası (Castel del Monte)İmperator meydanı olan Qran Sassole Milli Parkına qədər səyahət edin. Dağ qalası təxminən 500 nəfər əhalisi olan kiçik bir dağ şəhəri olmasına baxmayaraq, motosikletçilər üçün ən sevimli dayanacaqlardan biridir: bizi ora aparaan yol hər döngəsində möhtəşəm mənzərələri olan keçidlərlə doludur. İtaliyanın ən gözəl kəndlərindən biri hesab olunan Dağ qalası yaşıl bir təpə üzərində yerləşir və Orta əsrlərə aid tarixi binaları ilə seçilir.Əgər bir dəfə də olsa ora səyahət etsəniz, tənha Muççante qəssab dükanına baş çəkməyi unutmayın. Bu gün Ristoro Muççante adlanan bu yer, hər il bir neçə günlük müxtəlif görüşlər keçirən çox sayda motosikletçilərin yemək məkanına çevrilib. Ecazkar təbiət ilə əhatələnmiş Ristoroda birbaşa yerində dada biləcəyiniz közdə  qızartmaq üçün yerli təzə ət ala bilərsiniz.

Dağ Qalasından bir az aralıda motosiklet marşurutunun dayancağı olan Kampo İmperatore yaylasını görə bilərsiz. Fosko Maraini tərəfindən "kiçik Tibet" olaraq adlandırılan Kampo İmperatore yaylası, velosipedçilər üçün həqiqətən görülməli bir yerdir və bunun səbəbini başa düşmək üçün mütləq o əraziyə getməyiniz lazımdır ...  sürprizi korlamamaq üçün yalnız bunu deyə bilərik ki, orada olan döngələr və sərt keçidlər həqiqətən insana  adrenalin bəxş edir.


Abruzzo in moto Tours - Campo Imperatore

Buaradan isə yol 7 təbii qoruğu olan Marjella Milli Parkına uzanır: səyahətiniz zamanı möhtəşəm və vəhşi təbiət mənzərələri görəcəksiniz: cəsarətli olsanız, canavarları görmək və inanılmaz səslərini eşitmək fürsətiniz də olacaq.

İndi isə şərqə doğru hərəkət etmək zamanıdır. Beləcə siz, Ortonaya gəlib çataraq 1492-ci ildə tikilmiş,hal-hazırda gözəl bir bağa çevrilən möhtəşəm Araqon Qalasına heyran qalacaqsınız. Qala divarları və qədimi forması dəniz mavisi ilə səma mavisi arasında saf bir arakəsmədir. Ortonanın Adriatika kimi də tanınan tarixi mərkəzindən  Trabokki Sahilinə aparan SS16- ya minin və beləcə siz Vastoya çatana qədər ecazkar dəniz mənzərələri ilə müşayiət olunacaqsız.

Parco Nazionale della Majella

Ziyarət edilən ilk kənd öz ənənəvi təbii zeytun yağı istehsalına görə tanınan Müqəddəs Vito Kietino kəndidir. (tövsiyə edilən Cokondo zeytun fabriki). Dənizə baxan bu kiçik şəhər keçmişdə balıq ovu üçün istifadə olunan hal-hazırda bəzilərinin restorana çevrildiyi  nəhəng trabokki taxta konstruksiyaları ilə sizi valeh edəcək.: risto-Trabocco Sasso della Cajana (yerli dildə qağayı deməkdir) retoranı təzə balıq  dadmaq üçün  hələ də trabokkinin qədim balıqçılıq üsullarından istifadə edir ...!

Cənuba, Trabokki sahillərinin incisi Fossaçesiyaya doğru irəliləyərkən Müqəddəs Covanni sıldırımınana geden yol boyu, sahilboyu ən məşhur restoran olan Trabokkoda dayanaraq, ləzzətli balıqdan dada bilərsiniz!

Bizim səyahətimiz israrla ziyarət etməyinizi məsləhət görüyümüz ecazkar qədim mərkəzi olan,Avalos sarayının, Punta AderiçiPunta Penna çimərliklərinin yerləşdiyi Vastoda bitir.

Bir şey dəqiqdir: əgər adrenalin və unudulmaz hisslər axtarışındasınızsa  motosikletinizlə Abrutsoyaya növbəti səfərinizi planlaşdırmağı qaçırmayın ... əlbətdə ki,məyus olmayacaqsınız !!!

Motosiklet ilə səyahət etməyi sevənlər üçün,baş çəkməyi tövsiyə edirik:
www.trueriders.it
www.abruzzoinmoto.com
www.stradadeiparchi.it
www.moto-ontheroad.it
www.italiaonroad.it

Müəllif: Federica Ballestrin
Tərcümə: Gülnar Məlikova

10 May 2020