Bəli, mavi cins "Made in Italy" məhsuludur

Bəli, mavi cins "Made in Italy" məhsuludur

Bu gün sizə bütün dünyada milyonlarla insanın gündəlik geyindiyi, moda (qeyri-moda) tarixində ən çox istifadə olunan parçalardan biri haqqında danışmaq istəyirik: denim və ya mavi cins.

 

Cins haqqında düşünəndə, ağlımıza gələn ilk fikir Atlantik okeanını qət edərək, ABŞ-a gedib çıxır. Həqiqətən də, ilk dəfə 1873-cü ildə Şimali Amerikada Levi Strauss və Jacob Davies, iki ön cibi və mis düyməli bir arxa cibi olan müasir cinsin prototipini patentləşdirdi (sonradan beş cibli müasir modelə keçid oldu).

Əlbəttə ki, cinsə yeni və uzun ömür bəxş edən iki uzaqgörən amerikalı olub, lakin cins amerikan deyil, məhz italyan mənşəlidir! Bəli, bəli, mavi cins  "Made in Italy"məhsuludur!
 
Blue Jeans

İndi isə sizi keçmişə, daha dəqiq desək, XVII əsrin əvvəllərinə səyahət etməyə dəvət edirəm ... Təsəvvür edin, Genuya limanının dar küçələrində gəzişirik və ... hər yerdə mavi cins görürük: yerli işçilər, dənizçilər, qadınlar, turistlər ... hamı əyninə indiqo rəngli o gözəl pambıq parçadan geyinib!
Şübhəsiz ki, o dövrün müasirləri bizim heyrətimizə mat qalardılar. Əslində, artıq V əsrin sonlarında, Genuya gəmi inşaatçıları və tacirləri yelkənlər düzəltmək və mallarını qorumaq üçün ucuz, qaba və sıx çarpaz toxunmuş, "Genuya kətanı" adlanan pambıq parçadan istifadə edirdilər.

Qədim dövrlərdən bəri möhtəşəm toxuculuq ənənəsini qoruyan Genuya şəhərində istehsal edilən cins parça, orta keyfiyyətli, sərfəli qiymətli, indigo mavisinə boyanmış və əsasən iş geyimləri üçün istifadə edilən bamazı parça idi: Məsələn, Genuya donanması öz dənizçilərini, yaş halda belə geyinilməsi mümkün olan, suyadavamlı cins geyimlərlə təchiz edirdi.

Sonradan, Genuyadan 300 km məsafədə yerləşən, Fransanın yaxınlığındakı Nim şəhərində toxucular cins parça istehsalını artırmağa çalışırlar. Lakin əvəzində "de Nîmes", yəni "Nimin" deyə tanına biləcək sarja bənzər, sonradan "denim " kimi tanınan parça növünü  ərsəyə gətirirlər. Cins sözünün etimoloji mənşəyini jeans kimi bilinən, fransız dilində Genuya, yəni “Gênes” sözünə aid etmək olar; beləliklə, bu parça, fransızca “bleu de Gênes”adı ilə ixrac olunur və ingilis dilinə blue jeans kimi tərcümə olunur (sizcə maraqlı deyil?!).

Cüzeppe Qaribaldini xatırlayırsınız? Vahid İtaliyanın banisi? Deməli, 11 may 1860-cı ildə, Marsalaya eniş etdiyi gün, bir çox tərəfdaşı kimi, Garibaldinin də əynində bu günə kimi Romanın İntibah dövrü Mərkəzi Muzeyində qorunub saxlanan bir cüt cins var idi.

Giuseppe Garibaldi wearing blue jeans

XVII əsrdə İtaliyada, jeans artıq Milanda və Piaçenzada istehsal edilirdi və daha sadə sosial təbəqələrə məxsus geyim növlərinin istehsalı üçün istifadə olunurdu: buna bariz nümunə olaraq, bir sıra əsərlərin ona aid olduğu güman olunan, sonradan "Mavi cins ustadı" ləqəbi verilən naməlum sənətkarın təsvir etdiyi cins geyimli personajları (tikiş tikən iki uşaqlı bir ana, kiçik dilənçi, dilənçilik edən balac qız) yada salırıq (2010-cu ildə Parisin Kanesso Qalereyasında, Mavi Cins Ustadı. XVII əsrin sonlarında Avropada reallığın yeni rəssamı adlı sərgi təşkil olundu).


Woman Sewing with Two Children, The Master of Blue Jeans, ca.17th century

Bu sevimli geyimin təkamülü böyük əksəriyyətinizə bəllidir: Hollivudun western filmlərindən tutmuş, haute couture, yüksək moda podiumlarına qədər çıxan cins, üslubu, praktikliyi və çağdaş dövrümüzdə hətta zərifliyinə görə, gündəlik üslub olaraq çoxlu sayda cins həvəskarılarının rəğbətini qazanmışdır.

Özünə hörmət edən hər bir moda markasının kolleksiyalarında istənilən zövqə uyğun denim geyimləri tapmaq mümkündür: Roberto Kavalli, Miu Miu, Fendi, Trussardi, Alberta Ferretti və başqaları! Yüz illər boyunca bütün nəsillərin geyindiyi bu çoxməqsədli materialın cazibəsinə heç kim müqavimət göstərə bilmir!

Müəllif: Federica Ballestrin
Tərcümə: Kəmalə Əliyeva