Toy gününü düşünərkən ağla gələn ilk sual bu olur: gəlin necə geyinəcək ?!


Və haqlı olaraq, əlavə edirəm, çünki əksər hallarda paltar gəlinə əsrarəngiz duyğular bəxş edir. Ancaq bu gün, hörmətli oxucu dostlar, toyda dəbli şərhlərin mübahisəsiz qəhrəmanı olmayan bəyin gəlin paltarının ağ zəfərini müşayiət etmək üçün hazırlanmış bəylik kostyumuna diqqət yetirəcəyik. Bu dəfə Qərb üslubuna istinad edərək tarixdə bəy kostyumunu əhatə edən müxtəlif mərhələləri birlikdə “tikməyə” çalışacağıq. 

Bir vaxtlar evlilik əsasən gündəlik həyatın bir hissəsi, qan xətlərinin davam etdirilməsi üçün uşaqların dünyaya gətirilməsi və dəstəklənməsi, qadınlara nəzarət mövzusu ətrafında baş verirdi. Bəşər sivilizasiyasının əksəriyyətində birləşmələr olsa da, bu, evliliklərin olması demək deyil. Uzun müddət toy mərasimləri keçirilməyib, deməli, həqiqi gəlinlik paltarları belə yox idi.

Yalnız 1980-ci illərin sonlarında bəzi stilistlər bəy üçün xüsusi olaraq hazırlanan kolleksiyalar yaratmağa başladılar. Bunlardan biri də Karlo Pignatellidir ki, o toy kostyumunun həqiqi bir biznesə çevrilə biləcəyi intuisiyasına sahib olan ilklərdən olmuşdur! (ağıllı Karlo!)

Abiti da sposo Carlo Pignatelli 2020 - Sposi Magazine

Əvvəllər gəlin və bəy geyimi yalnız həmin gün üçün nəzərdə tutulmurdu (adət belə idi ki, nikah geyimi kimi qarderoblarındakı ən yaxşı paltarı istifadə edir, toydan sonra da həmin paltarı yenidən geyinirdilər).

Müharibədən sonrakı illərdə bəy fiquru gəlinə tabe və marjinal olsa da, bu gün mərasimlərdə (demək olar ki) bərabər roldadırlar. Bu zaman bir sual ortaya çıxır: əvvəllər kişilər toy günündə nə geyinirdi?

kinci sənaye inqilabından (1870) və elektrik enerjisi, neft və kimyəvi maddələrin sənayeyə daxil olmasından sonra cəmiyyətdə köklü dəyişiklik baş verdi. Beləliklə, bu vacib mənbələr sayəsində sənaye sürətlə inkişaf edə bildi. O dövrün rəsmi və eleqant geyimləri, arxadan ikiyə bölünmüş (gödəkçəni əzmədən ata minməyə imkan verən) uzun quyruğu ilə xarakterizə olunan, hərbi və ov gödəkçələrinə istinadən hazırlanan FracTight modelləri sayılırdı. Əminliklə deyə bilərik ki, bəy kostyumunun müasir tarixi bu iki geyimdən yaranıb.

Bilməli olduğumuz bəzi qaydalar: XIX əsrin sonlarından bu günə qədər, Tight (səhər, 18.00-a qədər) və ya Frac ilə (axşam, 18.00-dan sonra) evlənmək olar. Zadəgan və varlı ailələrdə bu gün də toy mərasiminin keçiriləcəyi saatdan asılı olaraq bu iki növ kostyumdan istifadə edirlər. Kasıb ailələrdə əvvəlcə sadə qara kostyum və ağ köynək istifadə olunurdu. 60-cı illərdən başlayaraq kişilər müxtəlif geyim növlərinə üstünlük verməyə başladılar: smoking-lərdən tutmuş müxtəlif formalı sadə jiletli kostyumlara qədər.


Bəylik kostyumu seçimində sizə kiçik bir tövsiyəmiz var
: tünd mavi rəng bəy kostyumu üçün hər zaman etibarlı seçimdir. Klassik bir geyim istəyirsinizsə, nazik xətt ciblər, zirvə lapelləri (yuxarıya doğru "-V" girintisi olan) iki düyməli gödəkçə seçin. Bəyəniləcəyinə zəmanət veririk!

Müəllif: Federica Ballestrin
Tərcümə: Səidə Eyyubova

13 Mart 2020