Blue on Blues, dünyanı fəth edən Kampaniya tekstili

Blue on Blues, dünyanı fəth edən Kampaniya tekstili

Mavi səma, parlaq günəş, qayalara çırpılan dalğalar ... əgər bütün yollar Romaya aparırsa, deməli, ürək mütləq Neapola aparır! Çünki Kampaniya təkcə italyansayağı Şirin həyatın beşiyi deyil, həmçinin sənətkarların, tanınmış şəxslərin Vətəni və heç bir yerdə analoqu olmayan bir yaşam tərzidir.


Təkcə dəbdəbə yeterli deyil, onu interpretasiya etməyi bacarmaq lazımdır. Bu gün bu fikrin ən yaxşı təmsilçilərindən biri, Blue on Blues şirkəti ilə tekstil sənayesində 1976-cı ildən bəri qürurla ailə ənənəsini davam etdirən Mario Kotsolinodur. Parçaların topdan satışı ilə məşğul olan atasınln yolynu davam etdirən Mario, cəmi iyirmi yaşından bu günə qədər də davam edən böyük bir macəraya başlamaq üçün sükanı ələ alır.

Mario Cozzolino

Ailə şirkəti Nolada hazırlanan rənglər, Kampaniya mənzərəsini boyayan parlaq rənglərə bənzəyir. Elə bu səbəbdəndir ki, ən keyfiyyətli və zövqlü parçalar məhz burada toxunur.

Yaxşı bilirik ki, neapolitan ehtişamı öz tərzinə görə hər zaman misilsiz olub. Əslində, bu region bütün dünyada fərqli və incə zövqlü həyat tərzinə, bu günə qədər ən yaxşı parça istehsalı mərkəzlərindən biri olmasına, Blue on Blues kimi zərif sənətkarlıq nümunələrinə, qədim ənənələrinə görə məşhurdur.


Ötən 2019-cu ildə şirkət, sahibkarlıq sahəsində Beynəlxalq Mükəmməllik Mükafatlarına layiq görülmüşdür. Beynəlxalq arenada tanınaraq, önəmli kolleksiyalar üçün parçalar təqdim edən şirkət stilistlər və tendensiyalar üçün tarix yaradir. Hal-hazırda İtaliyada və xaricdə özünü təsdiqləmiş Blues on Blue şirkətinin sirlərindən  biri iplik və parçaların ciddi seçilməsindədir. Lakin artıq uzun müddətdir ki, şirkət Davamlılıq sektorunu da diqqətdə saxlayır.


Digər tərəfdən, harada olduğumuzu nəzərə alsaq, bu heç təəccüblü də deyil. Möcüzələr və incəliklər diyarı olan Kampaniya Mario Kotsolino kimi illər boyu bu sahəyə töhfə verən və hələ də ölkəmizi bəzəməyə davam edən bir çox sahibkarın hekayələrini nəql edir.

Italia.az-ın təqdimatında bu gözəlliklərin kəşfi burada bitmədiyinə görə, İtaliya regionlarında sərgüzəştlərimizi izləməyə davam edin!

Ətraflı məlumat almaq üçün www.blueonblues.it səhifəsinə baxın.

Müəllif: Giulia Clamer
Tərcümə: Kəmalə Əliyeva

19 Iyun 2020