Casadonna, dəbdəbənin və tədqiqatın əsl mahiyyəti

Casadonna, dəbdəbənin və tədqiqatın əsl mahiyyəti

Bizimlə Abrutsoya səyahət etdiniz və artıq istirahətin dadını çıxarmaq zamanıdır... buna görə də bu gözəl diyarı tərk etməzdən əvvəl sizi ağlın, cismin və ruhun təbiətlə qovuşduğu bir məkana aparmaq istəyirik!

 

Biz İtaliyanın yaşıl ürəyi olan Abrutso Milli Parkında yerləşən Sanqro qalasındayıq. Burada möhtəşəm üzüm bağları, ətirli bitkilər və meyvə bağları ilə əhatə olunmuş yamyaşıl  bir təpədə bəyaz, əzəmətli bir bina yerləşir.: Casadonna! Bir  zamanlar hüzur və ibadət  yeri kimi tanınan, 1500 illik tarixi olan bu qədim monastır, bu gün əsl lüks və zərifliyi sevənlər üçün ideal bir məkana çevrilib.

Casadonna

Ağ daş, taxta, vitraj ... və hətta dəmir, keramika. Bu möhtəşəm memarlıq kompleksinin hər bir guşəsi bir-birinə zidd olan materiallardan, təbii işığa və ucsuz-bucaqsız mənzərəyə açılan müxtəlif pəncərələrdən ibarətdir.  
Kazadonnada yalnız 9 otaqdan ibarət eksklüziv otel, Reale restoranı"Accademia Niko Romito" adlı peşəkar kulinariya məktəbi var. Və bu mistik məkanı əsl ləzzət və sağlamlıq məbədinə çevirməyi bacaran, 3 Mişlen ulduzuna sahib italyan aşpaz Niko Romitodur.

Hotel & Ristorante Reale

Niko və mətbəxindən bəhs edərkən diqqət çəkən açar söz sadəlikdir, lakin onu təsvir etdiyi  kimi bu "mürəkkəb sadəlik" dir! Onun yeməklərinin hər biri uzun, bəzən də yorucu  bir araşdırma nəticəsində yaranır, buna görə də görünməz, lakin lazımlı inqredientlər, xammala mütləq şəkildə hörmət Niko üçün çox önəmlidir, son məqsəd isə bu yeməkləri dadanları hər zaman həyəcalandırmaqdır!

Niko, öz bacısı, Casadonnanın baş meneceri və 2012-ci ildə İtaliyanın Master Şefi seçilən Kristina ilə birlikdə İtaliyanın ən ekskluziv məkanlarından birinə həyat verərək, həyatının ən böyük uğurunu qazanmağı bacarmışdır.

Niko & Cristina Romito

Hekayəmizi cənnət Abrutsonun kiçik bir guşəsinin təsviri ilə yekunlaşdıraq...  ən qısa zamanda İtaliyaya getmək arzusuyla, Niko Romitonun və Reale restoranının yüksək italyan mətbəxinə məxsus təamlarını dadmaq, otelin gözəl otaqlarında dincəlmək və üzüm bağlarını gəzərək unudulmaz bir təcrübə yaşamağa hazırlaşaq. Görüşənədək, Abrutso....

Daha ətraflı məlumat üçün www.nikoromito.com saytına daxil ola bilərsiz.

Müəllif: Paola Casagrande
Tərcümə: Nərgiz Cəfərova

15 May 2020