Dadlı, ləzzətli və xeyirli....Abrutsonun ən TƏBİİ yağı!

Dadlı, ləzzətli və xeyirli....Abrutsonun ən TƏBİİ yağı!

Heç ömrünüzdə zeytun ağacları arasında tək-tənha gəzmisinizmi? Heç yaşı əsrlərlə ölçülən bu ağacın kölgəsində dincəlməyin verdiyi rahatlığı, hüzur hissini heç yaşamısınızmı? Sadəcə gümüşü çalarlı xırda yaşıl yarpaqların xışıltısının pozduğu bu səssizlikdə meditasiya etmisinizmi? Ağacın budaqları arasından süzülüb gələn günəş şüalarını aşağıdan yuxarı seyr etmisinizmi? Hələ ağacın üstündə yığılmamış qalan meyvələri əllərinizlə oxşadınızmı?

Hər hansı bir məhsulun dəyərini tam anlamaq üçün onun mənşəyini, məxsus olduğu torpağı yaxşı tanımaq, onun köklərini araşdırmaq lazımdır.... beləliklə, xüsusi keyfiyyət ilə seçilən bu soyuq sıxılmış zeytun yağının (extra vergine) kəşfinə həsr olunmuş səyahətimizi belə başlamaq istərdik: GERMOLIO.

160 illik və ondan da qədim tarixi olan hekayəmizi Abrutsodakı Bukkianikoya səyahətlə başlayırıq. Bir tərəfdən Majella dağları, digər tərəfdən Adriatik dənizi mənzərəsi ilə əhatə olunan və təpəlikdə yerləşən bu balaca orta əsr kəndində 1854-cü ildə Cüzeppe Tataşore antik zeytun sıxma emalatxanasının əsasını qoymuşdur.

Bu xeyirli, müqəddəs ağacların becərilməsi üçün lazımlı münbit torpaq, öz yaradıcısının bacarığı və zəhməti Tataşore emalatxanasının uğurunun bünövrəsini təşkil edir. Qədim yağ istehsalı ənənəsi beləcə atadan oğula keçərək Françeskoya gəlib çatmışdır. O isə, bu gün öz növbəsində oğlu Enriko ilə bərabər ən yaxşı italyan yağlarından birini istehsal etməyə davam edərək, eyni zamanda buraya digər dadlı nemətləri də əlavə edərək istehsalatı genişləndirmişdir.


Oil production - Natural Prodotti Alimentari d'Abruzzo

Sevgi, yeniliklərlə yanaşı ənənələrə hörmət, orqanik italyan zeytunlarından yalnız mexaniki və fiziki prosedurlarla əldə edilən, soyuq sıxılmış zeytun yağı olan Germolionun əsas tərkib hissələridir. Özünəməxsus təbii dadı olan bu yağ ana vətəni Abrutsonun təbiiliyini  özündə qoruyub saxlayır!

Soyuq sıxılmış zeytun  yağının faydaları bizə əsrlərdir ki, məlumdur. Aralıq dənizi pəhrizinin əsas tərkib hissəsi olan bu yağdan, demək olar ki, bütün ənənəvi italyan yeməklərində geniş istifadə olunur. Uzun illərdir ki, təbii və saf dadını qoruyan bu yağ, heç bir kimyəvi qatqı və sənaye müdaxiləsi olmadan  yalnız zeytun sıxmasından hazırlanır.


Təzə çörəyin üzərinə azacıq soyuq sıxılmış zeytun yağı tökün və gözlərinizi yumaraq tələsmədən dadına baxın... və beyninizdə Abrutso zeytun ağacları arasındakı həmin tənha gəzintini canlandırın! Yalnız bu zaman bir damcı Germolio yağının arxasında gizlənən əsrarəngiz dünyanı həqiqətən duya bilərsiniz... sadəcə dadlı deyil, həm də TƏBİİ dadlı!

Ətraflı məlumat üçün:
www.natural.it

Müəllif: Paola Casagrande
Tərcümə: Gülnar Məlikova

13 May 2020