Dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo” 97

Dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo” 97

2020-ci ilin yenicə başlamasına baxmayaraq, növbəti mövsümlərdə izləyə biləcəyimiz moda tendensiyalarını artıq nəzərdən keçirməyin vaxtıdır. Beləliklə, 1200 sərgi iştirakçısının və 8000-dən çoxunun əcnəbi olduğu 21.400 alıcının iştirakı ilə 7-10 yanvar 2020-ci il tarixlərində Florensiya şəhərində “Fortezza da Basso” adlı məkanda baş tutan beynəlxalq kişi moda sərgisi “Pitti Uomonun 97-ci buraxılışı başa çatdı.

Pitti Uomo, il boyu moda dünyası ilə əlaqəli bir çox tədbirlər təşkil edən Pitti Immagine tərəfindən təşkil olunur. “Pitti Immagine tarixi haqqında daha çox məlumat əldə etmək üçün: Florensiyadakı beynəlxalq kişi moda sərgisi Pitti İmmagine Uomo.

Bu il bütün qış salonlarının sərgilərini daha da maraqlı etmək üçün “Pitti Immaginenin seçdiyi mövzu – “Öz bayrağını Pittidə göstər” mövzusudur. Bu mövzu vasitəsilə Pitti bir növ Moda üzrə Birləşmiş Millətlər məkanına çevrildi.

Sərginin açılış günündə Pitti Immagine, 1952-ci ildə Pitti sərgisinin keçirildiyi binada ilk kişi moda nümayişini təqdim edən və bu il 175 illik yubileyini qeyd edən Brioni”ni dəvət etmək qərarına gəldi. Bu dəfə Brioni, Olivier Saillard tərəfindən maison dərzilik ənənəsinə uyğun hazırlanan payız-qış 2020/2021 kolleksiyasını təqdim etdi.

Hər zaman olduğu kimi, bu dəfə də sərginin proqramı tədbirlər və moda nümayişləri ilə dolu idi: K-way brendindən idman geyimləri brendi Sergio Tacchini-yə, Trussardinin seçilmiş kreativ istedadlarla işbirliyi sayəsində həyata keçirdiyi Beautiful Mindslayihəsindən tutmuş Stefano Pilatinin “Random Identities” (Təsadüfi Oxşarlıqlar) sərbəst layihəsinə həsr olunmuş xüsusi tədbirə qədər. Sonda isə Armani brendinin A|X Park məkanında təqdim olunan gələcək Armani Exchange kolleksiyası ziyarətçilər üçün əsl sürpriz oldu.

Fikir mübadiləsinə və ictimaiyyətlə qarşılaşmaya həsr olunmuş “Reflections” kimi xüsusi ayrılan stendlər də var idi. Bu buraxılışda Vətən Bayrağının istehlakı və təkrar istifadəsi mövzusu müzakirə olundu: Tullantılardan Yeni Materiallara. Sərginin Mərkəzi Pavilyonu isə “My Wardrobe” lahiyəsinin xüsusi quruluşuna həsr edilmişdi: "Yun Kampaniyası - Zati-aliləri Uels Şahzadəsi"nin himayəsi altında “Woolmark” şirkəti tərəfindən Yun əl işi Sənətini Yeniləmək üçün Kişi Üst geyimləri. “Costume & Moda” Akademiyasının tələbələrinin Maison ValentinoDyloan Bond Fabriki ilə əməkdaşlıq edərək həyata keçirdikləri bu layihənin devizi 3 açar sözdən ibarətdir - Yun, Əl işi sənəti, İnnovasiya, Şəxsiyyət.

Bir çoxları mühüm ildönümlərini qeyd etmək üçün Pitti Uomo’nu seçdilər: “Woolrich”in 190 illiyi münasibəti ilə The Ultimate Woolrich Experience tədbiri və Amerika mənzərələrinin olduğu İnsan Landşaftları foto sərgisi ilə “Blauer”.

Yaz-yay mövsümünə həsr olunmuş Pitti Uomo 98 ilə növbəti görüş 16-19 iyun 2020 tarixlərinə təyin edilmişdir.

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

14 Yanvar 2020