Dünya şöhrətli italyan səndəlinin təntənəsi, tam mənasi ilə "Made in Italy”

Dünya şöhrətli italyan səndəlinin təntənəsi, tam mənasi ilə "Made in Italy”

Yayın gəlməsinə az qalıb, hətta çox az qalıb! Evdə qaldığımız bu uzun müddətdən sonra şübhəsiz ki, hər birimizdə öz gözəlliyimizi nümayiş etdirmək üçün böyük bir həvəs yaranacaq.  

"Qızmar" mövsümdə bir qadının gözəlliyini vurğulayan geyimlər seçmək əlbəttə ki, çətin deyil. Bu məqsəd üçün uyğun geyimlər çoxdur: uzun və zərif libaslardan, qısa və açıq-saçıq geyimlərə, dekolte koftalardan yüngül və yarı şəffaf köynəklərə, dar cinslərdən geniş və yumşaq ətək-şalvarlara qədər. Sirr yalnız üslub və rəngin düzgün birləşməsi, ən əsası isə "parıltılı"  aksesuarı seçməkdədir.

Ancaq bütün aksesuarların şahı xüsusən də yay aylarında şübhəsiz ki, səndəldir. Bütün qadınların arzuladığı bir əşya.

Son illərdə bu qədər "basic" olan ayaqqabı modeli status symbol, ikonaya çevrilərək moda dünyasında mühüm rol oynamağa başladı! Səndəlin "səssiz" dabanlı olması və ya tamamilə "düz" olması heç bir əhəmiyyət kəsb etmir, ən vacib cəhət "həddindən artıq baxımlı" ayaqlarımızın daha gözəl görünməsidir.

Dəbdəbəli səndəldən danışarkən, dünya brendləri arasında yer almış tanınmış italyan markalarından biri ilə sizi tanış etməyə bilmərik: Alevì. Moda dünyasında artıq karyera sahibi olmuş  iki istedadlı qadın, Valentina Mikketti və Perla Alessandri tərəfindən yaradılan Alevì brendi, 2018-ci ildə alıcıların və məşhur satış şəbəkəsinin diqqətini çəkən ilk kolleksiya ilə beynəlxalq aləmdə özünü təsdiqlədi. Lüks otellərdə və xüsusi evlərdə nümayiş olunan bu sadə, eyni zamanda cəlbedici kolleksiya ilk gündən brendin uğur qazanmasına öz töhfəsini verdi.

Yalnız Viktoriya Sekretin modellerinin deyil, həmçinin Bianka Baldidən Yohan Smollza, Bar Rafaelidən Stella Maksvelə kimi top ulduzların "qırmızı xalıda" geyindiyi məxsusi ayaqqabı azusunda olan bir müştəri üçün nəzərdə tutulan Alevì - Forlidə, San Mauro Paskolininin əsas binasında hər detalı sənətkar əli ilə hazırlanaraq hər cəhətdən italyan ayaqqabısının simvoluna çevrilmişdir.


Alevì markasının səndəl kolleksiyası, bir sözlə desək, heyrətamizdir! Qadın adları verilən modelləri stil, zəriflik və keyfiyyəti mükəmməl şəkildə özündə birləşdirən əsl şah əsərlərdir. Xüsusilə, məftunedici yay axşamlarınız üçün sizə PVC-dən hazırlanan kristal və mirvarilər ilə bəzədilmiş metal topuqluğu olan bənzərsiz Giada modelini təklif etmək istəyirik. Əksinə olaraq, qətiyyətinizi və cazibədarlığınızı göstərmək istədiyiniz vacib bir işgüzar görüşə getməli olsanız, müxtəlif rəngli parıltılı dəridən hazırlanmış Anna modelini tövsiyə edirik. Bir çox, lakin bütün hallarda deyil, plastik və qızıl zəncirlərdən ibarət  kəməri olan açıq (nude) görünüşdə dizayn edilmiş Valentina modelini qaçırmaq olmaz. Həm cins üslubu, həm də gecə libası ilə mükəmməl görünən ahəngdar və zərif xətləri olan bu səndəl, əlbəttə ki, bütün güclü və eyni zamanda incə ruhlu qadınların geyinməli olduğu "lüks səndəl" in prototipidir.
Yaşasın yay fəsli!


Müəllif: Paola Casagrande & Giulia Clamer
Tərcümə: Nərgiz Cəfərova

09 Aprel 2020