Ədəbiyyat üzrə sonuncu italyan Nobel mükafatı qazanan unudulmaz Dario Fo

Ədəbiyyat üzrə sonuncu italyan Nobel mükafatı qazanan unudulmaz Dario Fo

Bu əsrin ən parlaq italyan dahi şəxsiyyətlərindən biri də Dario Fodur. Təlxək ləqəbli yazıçı 1997-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, onu əhatə edən cəmiyyəti ağıl və istehza ilə tənqid etməyi bacardı.

O, müharibədən sonrakı ilk dövrdə, Lombardiyada Sancano şəhərində anadan olmuş, müasir satirik-komediya və siyasi teatrın əsas nümayəndələrindən biridir. Brera Rəssamlıq Akademiyasında təhsilini başa vurduqdan sonra həyat yoldaşı və həmkarı Franka Rame ilə birlikdə televiziyada işləməyə başladı. Sonralar daimi senzuradan uzaqlaşmaq üçün özlərini tamamilə teatr dünyasına həsr etdilər.

1962-ci ildə onlar “Dario Fo - Franka Rame” teatr şirkətini qurdular və ətrafındakıları ilhamlandıran çoxsaylı pyeslər yazdılar. İnqilabi sayılan təkcə onun əsərlərindəki mövzular deyil, həm də onları səhnələşdirmə üsuludur: teatrı zəngin olmayan təbəqələrə də göstərə bilmək üçün tez-tez meydanlarda və fabriklərdə çıxış edirdi. 1997-ci ildə İsveç Akademiyası onu aşağıdakı motivasiya ilə Nobel Ədəbiyyat Mükafatına layiq gördü: "Orta əsr təlxəklərinin ənənəsinə uyğun olaraq məzlumlara ləyaqətini geri verərək gücə (güclülərə) istehza edir."

O, 13 oktyabr 2016-cı il, vəfat edənə qədər yazmağa davam edirdi.

Dario Fo öz əsərlərində satirik vasitədən geniş istifadə edir: yaşadığı cəmiyyəti və dövrü tənqid edir və pisləyir. Mövcud və tarixi personajları təhrif edərək səhnədə tərs mütənasibdən göstərir; ancaq fahişələr, oğrular, sərxoşlar kimi daha çox "narahat" personajlarda isə çox vaxt müsbət dəyərləri cəmləşdirir.

“Mistero Buffo” (Məzəli Sirr) Dario Fonun ən məşhur pyesidir, bibliya mövzusunda epizodlardan bəhs edən bir sıra monoloqdan ibarətdir. Əsas mövzu rəsmi mədəniyyətə nisbətən hər zaman arxa planda qalan xalq mədəniyyətidir. Əsər Fonun məşhur mimika və jestləri ilə müşayiət olunan Po dialektini, neologizmləri, onomatopoeik dilləri özündə cəmləndirən yeni bir dildə, Grammelot tərzi ilə səhnələşdirilir.

Dario Fonun ən tanınmış komediyalarından biri də Milanda Polis bölməsində dindirilərkən pəncərədən aşağı düşən anarxist Cüzeppe Pinellinin hələ də təffərrüatları aşkar olmayan ölümü haqqında danışan  “Bir anarxistin təsadüfi ölümü” komediyasıdır.

Yetmiş-Səksəninci illərdə Dario Fonun əsərlərində məhz həmin dövrdə yayılan xəbərlər və baş verən aktual  hadisələr yer tutur

Fonun son əsərlərindən biri də onun çox araşdırdığı və işlərində başlanğıc nöqtəsi kimi götürdüyü bir mövzunu, müəlliflə din arasındakı əlaqəni ateist dünyagörüşü ilə izah etdiyi “Dario və Allah”  romanıdır.


Müəllif: Giada Gavasso
Tərcümə: Səidə Eyyubova