Ənənəvi, müasir, sadə, bəzəkli, uzun, orta, qısa: bu gün sizi əsrlər boyu gəlinlərə inanılmaz bir cazibə bəxş etməyi bacaran Duvaq aksesuarının kəşfinə aparmaq istəyirik! Əslində unudulmuş bir çox toy ənənələri ilə müqayisədə, duvaq, istifadə forması və mənasını dəyişərək " must to wear " zərurətinə çevrilmişdir.


Bu hekayə üçün gözəl bir yer "ecazkarlıq", çox sevimli Şirin Həyat, möhtəşəm qürub çağları və dəbdəbəli Atelyelər ölkəsi olan İtaliya deyilsə, bəs haradır!?

Duvağın mənşəyi qədim Roma dövrünə təsadüf edir, o dövrdə Flammeum adlanan duvaq ər-arvadın üzlərini örtmək üçün istifadə edilirdi: səbəb? Valideynlərin seçimi ilə olan evlilik zamanı bəy və gəlinin bir-birinə əbədi sevgi vəd edənə qədər öz kimliklərini və üzlərini gizlətmək üçün istifadə edilirdi və yalnız bu mərasimdən sonra bir-birinin üzünü aça bilərdilər.

Bəli, o vaxtdan bəri çox şey dəyişdi! Amma duvaq orta əsrlərdən intibah dövrünə qədər, "Belle Epoque" un xanımlarından tutmuş müasir qadınlara qədər müxtəlif dövrlərin gəlinlərini mehraba qədər müşayiət edən və getdikcə bəzək əşyası kimi ən gözəl günlərin qiymətli aksesuarınaçevrildi!


Bu gün sizə italyan sənətkarlarının saatlarla vaxt ayıraraq əl ilə tikdiyi və bəzədiyi ən gözəl duvaqları təqdim etmək istəyirik! Duvaq örtmək artıq məcburi deyil, gəlinin öz seçimidir əksinə bir “adətdir”: gəlin öz paltarına əlavə bir dəyər qataraq şübhəsiz ki, bir qəhrəmana çevrilir!

Bu gün duvaq seçimi çox genişdir və onu alarkən nəzərə alınmalı olan bir neçə amil var. İlk növbədə formasını seçmək lazımdır, məsələn yalnız üz görünsün deyə ənsədə bərkidilmiş və ya başın qalan hissəsinə uzanan; ikinci yerdə çevrə formalı  və ya duvaq sancağı ilə yığılmış saça bərkidilən. Əslində duvağın ən vacib xüsusiyyətlərindən biri forma verməkdir, çünki əsas məqsəd gəlinin üzünü ortaya çıxartmaq və paltarı müşayiət etməkdir. Son, lakin bəlkə də ən vacibi bəzək və naxış seçimidir. Bir duvaq müxtəlif formalarda bəzədilə bilər: bu bəzəklər krujeva, muncuq, parıltı, almaz, həmçinin brilyant və qiymətli daşlar ola bilər. Qiymətləri isə təbii olaraq tikiliş və bəzək əşyalarının dəyərindən asılı olaraq bir neçə yüz avro və bahalı elementlər ilə bəzədilmiş əl işi duvaqların fantastik qiymətləri arasında dəyişir.

İtaliyadakı tanınmış brendlərə nəzər saldıqda onların sayının çox olduğunu deyə bilərik, amma burada sizin üçün üç ən gözəl incə duvaq seçimini təqdim edirik: paltarların tülündən duvağına qədər hər detala diqqətlə yanaşaraq, öz kreativlikləri ilə Lüks İtalyan Atelyesinin mükəmməlliyini ifadə edən dünyaca məşhur, "yalnız gəlinlik" brendi olan Karlo Pinyatelli, Yonida Ripani və Cüzeppe Papini.


Xüsusi təbəqə tərəfindən tanınan bu brendlərdən başqa İtaliyada Blumarine, Alberta Ferretti, MaxMara, Dolce&Gabbana, Armani kimi lüks brendlər var ki, onlar da tez-tez öz "Gəlinlik" kolleksiyalarını təqdim edirlər.

Bəs siz toyunuz üçün hansı duvağı seçərdiniz? Uzun yoxsa qısa, sadə yoxsa bəzəkli? Məsləhətə ehtiyacınız olarsa, biz - Italia.az portalı olaraq sizi "dünyanın ən gözəl gəlini" etmək üçün hər cür köməklik göstərməkdən məmnun olarıq.

Müəllif: Giulia Clamer
Tərcümə: Nərgiz Cəfərova

20 Aprel 2020