Evlərimizin döyünən ürəyi....əsl Made in Italy Mətbəxi

 Evlərimizin döyünən ürəyi....əsl Made in Italy Mətbəxi

Ev bizim üçün soyuqdan qorunmaq, isti vanna qəbul edərək gümrahlaşmaq, musiqi dinləyərək rahat divanda dincəlmək və yumşaq yataqda şirin yuxuya getmək üçün sığındığımız bir yerdir. Yaxın gələcəkdə ev həmçinin, işləmək, təhsil almaq və öz sevdiklərimizlə bərabər zaman keçirəcəyimiz ünvana çevriləcəkdir....və mətbəx minillərdən bəri olduğu kimi, bizim “evdəki dünyamızın” döyünən ürəyi, balaca şəhərin mərkəzi meydanı olaraq qalacaqdır!

Uzaqgörən dizaynerlər hər zaman ailənin gələcək ehtiyaclarını da nəzərə alan mətbəx layihələrinə böyük diqqət ayırmışdır: hər bir güşəsi funksional, ev sakinlərinə ən yüksək rahatlığı bəxş edən  innovasiya və gözəlliyin vəhdətindən yaranan mətbəxlər, ailə ocağını qoruyub saxlamaqyaradıcılığın zirvəsini ifadə etmək üçün uğurlu konsepsiyadır.

Müasir çoxfunksiyalı mətbəx fəlsəfəsinin kökləri qədim dövrlərə söykənir. Hələ qədim zamanlarda ailələr yanan ocağın ətrafına toplaşıb, saatlarla alova baxıb söhbətləşərək inanılmaz səbirlə şam yeməyini gözləyirdilər. Ailə-məişət həyatı əslində hər zaman ocağın ətrafında qövm etmişdir. Zamanla bu, sobaya, daha sonra qaz və elektrik bişirmə panellərinə və nəhayət hamımızın çox sevdiyi bugünkü “mətbəx zonasına” çevrilmişdir!

Təsadüfi deyil ki, bəzən mətbəx bizim iş otağımıza, kitab oxuduğumuz, ən yaxın dostlarla bərabər qəhvə içdiyimiz məkana çevrilir: yəni, mətbəx, yalnız yemək bişirilən məkan deyil, həmçinin ailənin sosial həyatının, mehriban münasibətlərinin nüvəsini təşkil edir.

Qədim adət-ənənələri texnologiya ilə qovuşdurmağı ən yaxşı bacaran  “Gözəllik” ölkəsi İtaliya, hər zaman mətbəxlərin layihələndirilməsi və onların hazırlanması sahəsində  “keyfiyyət, dizayn və innovasiya” üzrə dünya birinciliyini qoruyub saxlamışdır.


Bu sənətkarlığın bariz nümünəsi olaraq təbii ki, Made in Italy ehtişamını dünyada layiqincə təmsil edən Aran Cucine-ni göstərə bilərik. Şirkət öz uğurunu, təsisçisi dahi Rentso Rastelliyə borcludur. Uzaqgörən sahibkar istehsal fəaliyyətini öz doğma torpağı Abrutsoda həyata keçirməyə davam etsə də, artıq ilk dövrlərdən beynəlxalq bazara can atırdı.

Aran mətbəxi evə gözəllik, harmoniya və xoş əhval-ruhiyyə bəxş etmək, ondan hər gün yararlanan  insanın ehtiyaclarını ödəmək və orada zaman keçirən ailələrə keyfiyyət və güvən duyğusu yaşatmaq üçün düşünülmüşdür.

Aran öz müştərilərinin arzu və xəyallarına heç bir sərhəd qoymur; bu prinsipdən çıxış edərək Studio Stefano Boeri Architetti ilə birgə əməkdaşlıqdan Aran evinin son incisi, OASI mətbəxi yaradılmışdır!


ARAN Cucine OASI - A kitchen under the branches by Stefano Boeri Architetti

Fossil palıd ağacından olan materialla üzlənmiş OASI, tək blokdan ibarət, çoxfunksiyalı və texnoloji məhsuldur və qidanın bütün emal proseslərini özündə ehtiva edir. Buraya qidanın saxlanılmasından yuyulmasına, bişirilməsindən istehlakına (qəbul edilməsi) və təkrar emalına kimi olan bütün mərhələlər daxildir. Üstəlik mətbəxin mərkəzindən möhkəm və həmişəyaşıl, ecazkar limon ağacı bir möcüzə kimi boylanır və bu da həmin mətbəx adasının sadə bir məhsul deyil, əsl yaşayış məskəni olduğunu sübut edir.

Əlavə məlumat üçün, www.arancucine.it

Müəllif: Paola Casagrande
Tərcümə: Gülnar Məlikova

27 Aprel 2020