Gül buketi olmayan gəlin yoxdur. Bunu yalnız gəlinin görünüşünü tamamlayan bir aksesuar olduğuna görə demirik, çünki əslində bu gül buketinin arxasında toydan toya davam edən bir məna və ənənə dayanır. Buket nişanlılığın sonunu və həyat yoldaşı olaraq birlikdə keçiriləcək həyatın başlanğıcını təmsil edir. Təsadüfi deyil ki, bəy buketə çox diqqətli yanaşmalı və mərasim səhəri onu gəlinin evinə çatdırmalıdır. Hər halda, toydan əvvəl edilən son sevgili hədiyyəsidir.


Ancaq dediyimiz kimi, buket gəlinin görünüşünü tamamlayan vacib bir aksesuardır və bu səbəbdən onu daha da cazibədar etmək üçün təkcə paltarla deyil, həm də gəlinin fiziki görünüşü ilə uyğunlaşdırmaq lazımdır. Əsas qayda olaraq, gəlinlik paltarı çox gözə çarpan və bəzəkli olarsa, sadə bir buketə üstünlük verilməlidir, əksinə paltar sadə və minimal olarsa, lüks bir çiçək aranjımanı etmək daha yaxşı olar.

Buna görə də bir neçə kiçik detaldan başqa, buketin forması və çiçəkləri tamamilə gəlinin zövqünə buraxılır, beləliklə yeni gəlin gələcək həyat yoldaşına buketi necə komposiziya etdirməli olduğunu izah etməyə çalışır.

Buket forması
Buket formaları müxtəlif ola bilər: top, uzun, kaskad... Ümumiyyətlə qısa və ya kip oturan boruşəkilli gəlinlik paltarlarına top buket, su pərisi üslubunda gəlinlik üçün kaskad, imperiya stilindəki gəlinlik paltarına isə daha həcmli buketlər uyğundur.

Buketin çiçəkləri
Əvvəllər bu münasibətlə təkcə bolluq, xoşbəxtlik və firavanlıq simvolu olan narıncı çiçəklər istifadə olunurdusa, bu gün artıq qızılgül, yasəmən, tuberoza və orxideya gülləri də bu siyahıya daxil edilir. Çiçəklər mərasim boyunca bütün günü gəlini müşayiət etməli olduğundan, mövsümi çiçəklərə daha çox üstünlük verilir və təbii ki, onların ətrinə də önəm verilir. Çox vaxt çiçəkləri və rəngləri, onların verdikləri mənaya görə seçirlər: məsələn, ağ rəng saflıq və günahsızlığın rəngidir, çəhrayı rəng gəncliyi ifadə edir, qırmızı rəng ehtiraslı sevgini və cəsarəti, yasəmən rəngi isə səmimi sevgini təmsil edir.

Mərasimin sonunda buket atmaq ənənəsini unutmaq olmaz. Gəlin, mərasimdə iştirak edən subay qızların qarşısında dayanaraq arxasına dönüb buketini havaya atır: adətə görə, buketi ilk tutan xanım evlilik təklifi alacaq, sonra isə evlənəcək. Bunu etmək əvəzinə gəlin öz buketini onun üçün dəyərli olan birinə də bağışlaya bilər. Əslində, qədim zamanlarda buketin üç fərqli əldən keçməli olduğu deyilirdi: bəy tərəfdən gəlinə hədiyyə olunur, gəlin isə onu başqa bir qıza  təhvil verir”. Ancaq elə gəlinlər də var ki, bu ənənəni təqib etməyərək  xatirə qalsın deyə qurutmaq üçün gülləri özlərində saxlamağa üstünlük verirlər.

Buketin forması, çiçəklər, rənglər və komposiziya seçiminə diqqətlə yanaşmaq lazımdır: çünki o, gəlini həyatının ən vacib günündə daha da möhtəşəm və yaddaqalan edəcəkdir!

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

15 Dekebr 2019