Gözəllik və sülhün vəhdət təşkil etdiyi Abrutso məbədləri

Gözəllik və sülhün vəhdət təşkil etdiyi Abrutso məbədləri

İnanclarını  və mənəviyyatlarını yenidən qazana bilmək məqsədilə əsrlər boyu təbiətlə sıx təmasda olan təcrid olunmuş yerlərə, məbədlərə sığınan münzəvilər üçün  Abrutso  dağları mükəmməl bir yerə çevrildi.


Toxunulmaz təbiəti və səmaya meyilliliyi olan dağ, hər zaman  insana mistik  bir cazibə bəxş edir və Tanrıya yaxınlaşma yeri kimi simvolik məna daşıyır. Əsrlər boyu təbiətlə sıx təmasda yaşayan, öz daxili dünyalarında sükut, sülh və harmoniya tapa bilmək üçün təcrid olunmuş yerləri axtararaq dağları gəziblər.

Bu gün bu yerlər Abrutsonu xarakterizə edən dərin mənəviyyatdan xəbər verir, ekskursiyaların və tematik marşrutların ən sevimli məkanına çevrilən bu yerlərin tarixini, adət-ənənələrini kəşf etmək və bu bölgənin kirlənməmiş təbiət mənzərələrinin sehrinə qərq olmamaq mümkün deyil.

Abrutso məbədləri qayanın təbii forması saxlanılmaqla inşa edilən,çox mühüm və çılpaq strukturdan ibarət olan təcrid olunmuş yerlərdir. Həmin  yerlərə  çatmaq üçün  dar  keçidlərdən, sərt  yollardan keçmək və dik pilləkənlərdən qalxmaq lazımdır. Bu yerlər özünü tamamilə mənəvi həyata həsr etmək, dua etmək  təbiətlə  meditasiya etmək üçün olan tənha sığınacaqları təmsil edirdilər. Təcrid olunmuş məbədlərdən  biri, birbaşa qayadan  oyulmuş Karamaniko Terme (PE) yaxınlığındakı Orfento vadisində yerləşən Müqəddəs  Covanni, Villagoda (AQ) adsız gölün sahilində yeləşən Müqəddəs Domeniko  məbədidir.

Eramo di San Giovanni all’Orfento presso Caramanico Terme

Yoxuşlar  mükafatsız qalmır və bir dəfə bu əziyyəti unudaraq təbiətin gözəlliyinə heyran qalmağa  və qarşımızda açılan mənzərələrin ecazkarlığından  ləzzət almağa dəyər.

Ən məşhur tematik marşrutlardan biri, bu ərazidə yaranan bəzi məbədlər sayəsində73 km uzanan və xüsusən də XIII əsrdə yaşamış, sonradan V papa Celestino olan  Pietro del Morrone ilə əlaqəli olan Majella Milli Parkındakı Ruhun Yoludur (Sentiero dello Spirito).

Pietro del Morrone ömrünün çox hissəsini bir münzəvi  olaraq yaşayıb  və Rokkamoriçe (PE) yaxınlığında olan  Marjella parkındakı  Müqəddəs Ruh məbədindən  tutmuş XVI əsrdə bir kilsə və bir monastır ilə genişləndirilərək qayalar arasında olan  kompleksə qədər Abrutsoda bir sıra məşhur məbədləri yaradıb.

Eyni yerdə, tamamilə qayada oyulmuş  Müəddəs Varfolomey məbədi  var. Daha sonra orada  Pietronun həyatının yaxşı  hissəsini keçirdiyi və papa seçilməsi bağlı xəbəri  aldığı Müqəddəs Onufria monastrı (Sulmona) da yerləşir.


Abrutso məbədlərini  ziyarət etmək, öz mənəviyyatınızı tapmaq üçün dağlarda uçuşan və hər şeydən əvvəl təbii gözəlliklər tərəfindən sehrlənmiş sülh və mistisizmdən ilhamlanaraq təbiətlə təmasda olmağa imkan verir.

Müəllif: Rita Pistore
Tərcümə: Nərgiz Cəfərova

06 May 2020