“HƏ” demək üçün İtaliyanı seçən Ulduzlar

“HƏ” demək üçün İtaliyanı seçən Ulduzlar

Çox dəbdəbəli bir otel, XIII əsrin Franciscan monastrı, lüks bir resort (əyləncə dolu böyük bir kompleks) və ya Venesiya laqunasının mərkəzində yerləşən XVIII əsrə aid çox gözəl bir teatr, fərqi yoxdur: Bel Paese (Gözəl Ölkə) hər zaman 5 ulduzlu beynəlxalq toy mərasimləri üçün ən çox təklif olunan məkanlardan biri olmuşdur və bu gün də bu fakt dəyişilməz olaraq qalır.

İndi isə təhlükəsizlik kəmərlərinizi bərkidin və İtaliya möcüzələrinə qonaq olmaqdan zövq alan ən gözəl və unudulmaz cütlükləri kəşf etmək üçün hazırladığımız səyahətə hazır olun.

İlk dayanacaq 2006-cı ilin noyabr ayıdır. Ən çox izlənilən, şəkilləri çəkilən və xəyal edilən cütlüklərdən biri, böyük "bəli" cavabı  üçün məkan olaraq məhz Romadan bir neçə kilometr uzaqlıqda yerləşən Braççanonun XV-ci əsrdə inşa edilmiş Orsini-Odescalchi Qəsrinin möhtəşəm divarlarını seçdi. Sözügedən aşiqlər Tom KruzKeyti Holmsdur. Onlar, 1979-cu il rejissor Martin Skorseze və Izabella Rossellininin toyundan ilhamlanaraq, Qəsrin möhtəşəm orta əsr divarları içərisində "əbədi sevgi" (bütün olanlardan sonra, o qədər də əbədi deyil) vədlərini verdilər.

İndi isə “jet-set”dən (kübar cəmiyyət) olan iki cütlüyün evlənmək üçün İtaliya torpaqlarını seçdiyi 2010-cu illərə nəzər salaq.

Aprel ayında aktrisa Salma Hayek və Fransız maqnatı Fransua-Anri Pino Venesiyadakı əsrarəngiz La Fenice opera teatrında böyük maskalı ziyafət verərək, evlilik əhdlərini təzələdilər.

Budur, iyul ayında aktrisa Emili Blant və həmkarı Con Krasinski Komo gölü sahilindəki Corc Kluninin iqamətgahı, Oleandra Villasının bağında kiçik bir mərasimlə birlikdəliklərini qeyd etdilər (necə də şanslıdırlar!).

Bir il daha geridə qoyaraq 2011-ci ilin avqust ayına nəzər salsaq, bu tarixdə Sofiya KoppolaTomas Marsın Matera əyalətindəki kiçik bir kənd olan Bernaldada həyatlarının ən romantik günlərini keçirdiyini görərik.

2012-ci ildə Cənubi İtaliyada çox dəbdəbəli bir toy mərasimi baş tutdu: Castin TimberleykCessika Biel Yuxarı Salentodakı yaxşı mühafizə olunan “Borgo Egnazia” kurort mərkəzində evləndilər.

İki il sonra, Venesiyada keçirilən mərasimdə Corc Klunini bu dəfə qonaq qismində deyil, çox eleqant bir ziyafətin qəhrəmanı olaraq görürük. Məşhur aktyor və Amal Alamaddin “hə” demək üçün mənzərəsi Grande Kanalına baxan “Palazzo Papadopoli”ni seçdilər. Sonra qonaqlığı məşhur Cipriani otelində davam etdirdilər.

2014-cü il "çox pul xərcləyənlər"in ili idi: toy üçün heç bir xərcdən çəkinməyən Vest-Kardaşyan; gözəl cütlük, “Forte di Belvedere”ni çiçəklərə bürüyərək Andrea Boçellinin güclü səsinin sədaları altında “həyatlarının ən əhəmiyyətli günü” üçün səhnə olaraq gözəl Florensiyanı seçdi (ah nə gözəl!).

Artıq 2017-ci ilin yayına gəlib çatdıq, yenə Pulya əyalətindəyik, ancaq bu dəfə Adriatik sahillərində, Bayern Münhen futbol klubunun məşhur qapıçısı Adrian Noyerin gözəl sevgilisi Nina Veissə öz “hə”sini bəyan etdiyi məkan olan Monopoli kafedralında.

Bir neçə ay sonra, oktyabr ayında ABŞ-ın məşhur bankir ailəsinin kiçik oğlu Vyatt Rokfeller Culi Fabritsio ilə möhtəşəm toyunu Trevizo əyalətindəki heyrətamiz Asolo şəhərciyində qeyd etdi. Yeni evlənənlər və onların 120 qonağı super kiçik Otel Villa Cipriani-də qaldılar... möhtəşəm bir gecə oldu!

Avqustun əvvəllərində isə supermodel Heidi KlumTom Kaulitz, Kapri adalarının Faraglioni sahillərində toy əhdlərini təzələdilər: mərasim Tirreno Dənizinin gözəlliklərinə qərq olmuş bir yaxtada keçirildi.

“Hə” demək üçün bizim gözəl İtaliyanı seçən cütlüklərlə tanış olduqdan sonra, kim bilir başqa kimlər (və neçə nəfər) bu 2020-ci ildə həyatının ən gözəl gününü qeyd etmək üçün Stivale-yə (Çəkmə) üz tutacaq!

Gözlər Bel Paese-nin üzərində olsun... çünki bütün möhtəşəm işlər buradadır (yalnız gəlinlər haqqında danışmırıq!).


Müəllif: Federica Ballestrin
Tərcümə: Səidə Eyyubova

5 Fevral 2020