Imolanın Entso e Dino Ferrari Avtodromu

Imolanın Entso e Dino Ferrari Avtodromu

Avropanın ən təşviqedici və çətin treklərindən biridir. Saat əqrəbinin əksi istiqamətində gedən bu unikal trek, adını Ferrarinin qurucusu Entso Ferrari və oğlu Alfredo Ferrarinin adından  götürüb..

Əvvəlcə trek Santerno çayının adını daşısa da, daha sonra Entso Ferrarinin 1956-cı ildə leykoz xəstəliyindən  vəfat edən oğlunun şərəfinə 1970-ci ildə Dino Ferrari Avtodromu adlandırıldı. Atanın (Enço Ferrari) adı isə 1988-ci ildə ölümündən sonra əlavə edildi. Trek sürət yarışları üçün əlverişli bir ərazidə yerləşir- hələ eramızdan əvvəl 80-cı ildə  Romalılar qladiator arabaları yarışları üçün burada bir amfiteatr tikiblər! 

Imolanın Entso e Dino Ferrari Avtodromu

Bu trekin bünövrəsi (təməl daşı) 1950-ci ildə Entso Ferrarinin iştirakı ilə qoyulub. 1952-ci ilin oktyabrında ilk sınaqlara başlanıldı: Ferrari şirkəti Askari, Markotto ve Villorezi kimi pilotlar tərəfində test ediləcək orta hesabla 149 km / s sürəti olan Sport 340 yarış maşınını trekə(trasa) buraxdı; bu sınaqlarda, orta hesabla 138 km / s sürətə çata bilən pilotların olduğu Gilera və  Moto Gutsi motosiklet komandaları da iştirak edib!

İlk yarışlar 1953 ilin aprel ayında, İtaliya milli Olimpiya komitəsinin (Coni) Qran Pri motosiklet yarışının 125cc ve 500cc İtalyan çempionatı üçün təsdiqlənməsi ilə baş tutdu. Növbəti il ​​ yalnız idman avtomobillərinə həsr edilmiş, Ferrari və Maseratinin qələbə uğrunda mübarizə apardıqları və Malyolike Ferrarinin qalib gəldiyi Shell Qızıl Kuboku üzrə ilk avtomobil yarışları başladı.

Moto GP del 1953 & Coppa d'Oro Shell

Həmin  illərdə idman avtomobilləri və motosiklet yarışlarının keçirilməsi baxımından məkan olaraq özünü təsdiqləyən İmola şəhəri 1963-cü ildə ilk beynəlxalq Formula 1 yarışını təşkil etdi. Jim Clark (Cim Klar) Lotus 25 yarış avtomobili ilə birincilik mükafatını alır, ancaq təşkilatçılar Ferrarinin bu yarışda iştirak edə bilməməsindən məyus olurlar.

70-ci illərin ortalarında trek  hələ də kələ-kötür formada idi və 70-ci illərin sonunda daimi əsl bir  trek formasının qurulması qərarı verildi. Yollarda ictimai nəqliyyatın hərəkəti dayandırıldı və trek ətrafındakı tikinti işləri ona yeni həyat bexş etdi. İllər ərzində müxtəlif ziqzaqlar əlavə edilərərk marşrut dəyişdirilib, lakin yol ilə onu çaydan ayıran beton divar arasındakı kələ- kötür və təhlükəli Tamburello döngəsi səbəbindən  trek davamlı təhlükəsizlik  problemləri ilə üzləşirdi. Bu illər ərzində təəssüf ki, Avtodromda bəzi qəzalar baş verir və məhz 1994-cü ildə Formula 1 tarixindəki ən qara həftə olur: 1994-cü ildə keçirilən San Marino Qran Prisi ən çox ölümcül qəzaların baş verdiyi Formula 1 yarışları kimi yaddaşlard qalıb. Yarışın keçirildiyi üç gün ərzində pilotlar Roland Ratzenberger və Ayrton Senna həyatlarını itirdilər, Rubens Barrikello isə ağır yaralandı, habelə yarış zamanı (az sayda da olsa) bəzi mexaniklər və izləyicilər passiv şəkildə də olsa baş verən qəzalarda iştirak ediblər.


Imolanın Entso e Dino Ferrari Avtodromu

İmola hadisələri, avtomobil dünyasını ağır bir şəkildə sarsıtdı və trekin dizaynının dərhal dəyişdirilməsinə səbəb oldu. Bu gün bu trek məkanın və köməkçi strukturların forması eyni zamanda çeviklik və funksionallıq baxımından sürətli avtomobil yarışlarından əlavə, digər motorlu idman yarışlarına, musiqi və mədəniyyət tədbirlərinə ev sahibliyi edə bilmək iqtidarındadır. Bundan əlavə Avtodrom avtomobil və motosikl istehsal edən ən nüfuzlu şirkətlərin öz nəqliyyat vasitələrini sınaqdan keçirmələri üçün  istifadə olunur.


Müəllif: Federica Ballestrin
Tərcümə: Nərgiz Cəfərova

03 Iyul 2020