Italiyada aperitif ənənəsi – Spritz

Italiyada aperitif ənənəsi – Spritz

Spritz mükəmməl bir italyan aperitifidir. Aperol, Campari və ya Select növü olmasından asılı olmayaraq, istənilən halda, Spritzin olmamağı düşünülməzdir. 

Bəs ən məşhur italyan spirtli aperitifi necə yaranmışdır?

Venesiya Respublikası dövründə Venesiyada olan Avstriya İmperiyasının əsgərləri şəraba nisbətən daha az alkoqol tərkibli pivə içməyə öyrəşdiklərindən şərabı seltz (çox qazlı su) və ya qazlı su əlavə edərək içirdilər. Bu sözün mənşəyi alman dilində spritzen “püskürtmək” felindən götürülmüşdür, bu söz şəraba qazlı su əlavə etmək jestinə uyğundur.

Kokteyl kimi isə spritz XX əsrin iyirminci və otuzuncu illərində Venesiya və Padua şəhərləri arasında Aperol və ya Selectin birləşməsindən yaranmışdır.

Beləliklə, Veneto bölgəsində məşhurlaşaraq 2011-ci ildə "Venesiya spritzi" adı ilə IBA (Beynəlxalq Bartenders Assosiasiyası) tərəfindən rəsmiləşdirilmişdir.

Spritz necə hazırlanır?

İki versiya var:

Venesiya resepti və beynəlxalq resept.

Venesiya resepti:

1/3 quru ağ şərab və ya prosecco

1/3 bitter (Aperol, Select, Campari)

1/3 qazlı su

Kokteyl isə portağal dilimi ilə tumblerə - alçaq boylu kokteyl stəkanına tökülməlidir.

Beynəlxalq resept:

1/3 prosecco

1/3 Aperol

1/3 qazlı su və ya seltz

Aperol və Camparinin dadı eynidir?

İksi də “bitter” (acı dadlı spirtli içki) olsa da çox fərqlidirlər.

Aralarındakı əsas fərq qoxusunda və dadındadı: Aperolun ( portağal, ot və köklərin alkoqolda infuziyası yolu ilə əldə edilir) parlaq qırmızı rəngi acı şirin dadı var, Camparinin isə (campari də oxsar prosedurla -  alkoqol, su, meyvə, aromatik bitkilər və acı otların infuziyasından yaranır) yaqut qırmızısı rəngi var, iyi və dadı sərt və güclüdür.

Bu canlandırıcı aperitif bəzi iştahaaçıcılar ilə müşayiət edilə bilər. Xüsusilə də, məşhur “cicchetti” (Venesiyada kiçik atışdırmalıqlar),  ümümiyyətlə zeytun tərkibli kiçik ölçülü yeməklər və bəzi yerli yeməklər bunlara daxildir.

Bu illər ərzində Spritz müxtəlif qida və anlar üçün universal içkiyə çevrilmişdir: belə ki, buna uzun bir günün sonunda tez hazırlanan tostu, bazar günü səhər hamımızın arzuladığı rahat naharı misal göstərə bilərik.


Müəllif: Claudia Signor
Tərcümə: Gulnar Zeynalova