İtaliyada qədim dulusçuluq və keramika ənənələri

İtaliyada qədim dulusçuluq və keramika ənənələri

İtaliyanın demək olar ki, hər regionunda mövcud olan gil ilə zəngin ərazilər sayəsində yarımadamızda daima keramika sənəti inkişaf etmişdir. Bu qədim ənənə çoxsaylı arxeoloji tapıntılar vasitəsilə öz təsdiqini tapmışdır. Bununla bağlı sadəcə yemək qabları deyil, həm də qiymətli incəsənət əsərləri, zəngin və dəbdəbəli binaların üzlüklərini də misal çəkmək olar.



Xüsusilə də Pyemont əyaləti dulusçuluq sənəti ilə çox məşhurdur. Əslində, Mondovì Castellamonte şəhərlərində bu fəaliyyət hələ XIX əsrdə inkişaf etməyə başlamışdır. Mondovì şəhərində yerləşən "Vecchia Mondovì" şirkəti, üzərində parlaq rəngli toxunuşlar vasitəsilə mənzərələr, meyvələr, çiçək elementləri, həndəsi bəzəklər və ev heyvanları rəsmləri həkk olunan gündəlik əşyaların keramika istehsalı ilə məşğul olur. Castellamonte şəhəri isə daha çox soba, baca və tipik yerli qırmızı terrakottadan hazırlanan divar bəzəkləri ilə məşhurdur.

Viçensa əyalətindəki NoveBassano del Grappa və Padova əyalətindəki Este, Venetoda yerləşən ən maraqlı keramika istehsal mərkəzləridir. İnkişafına təkan verən siyasi, iqtisadi və ekoloji amillər sayəsində artıq 300 ildir ki, Nove şəhərində keramika istehsal olunur. Venesiya RespublikasıVenesiya şəhəri XVIII əsrin əvvəllərində keramika idxalını məhdudlaşdırmaq və ixracatı daha çox artırmaq məqsədilə keramika istehsalını təşviq edirdi. Brenta çayının keramikanın yaranmasında həlledici bir əhəmiyyəti olmuşdur: mayolika qablarının 900/1000 dərəcəçini qabların 1200 dərəcə istilikdə bişirildiyi sobaları yandırmaq üçün lazım olan odunla yüklənmiş raftlar bu çaylardan axıdılırdı. Serenissima idarəçiliyi altında olan Bassano del Grappa da həmçinin keramika, dəmir, mis, yun, ipək toxuma və zərgərlik üçün əhəmiyyətli bir istehsal mərkəzi olaraq inkişaf etmişdir. Bu dövrün istehsalını materialın incəliyi, bəzəyin zənginliyi və rənginin parıltısı ilə fərqləndirmək mümkündür.

Estedə gündəlik əşyaların istehsalından əlavə, yeni formalı və müxtəlif rəngli bədii istehsalat da çox yaxşı inkişaf etmişdir. Qara mayolika ən ucuz məhsul olması ilə məşhurdur, xüsusən monastırlar və hərbçilər üçün istehsal olunur. Qablar və fincanlardan əlavə həmçinin isidicilərin, "foghere" (kiçik sobalar) və bəzən qızıldan bəzədilmiş vazaların da özünəməxsus gözəlliyi var.

Lombardiyada isə Lodi istehsalının XVIII əsrə təsadüf edən, xüsusilə terrakotta naxışları və orta əsr memarlığında özünü göstərən keramika qızıl dövrünü xüsusi vurğulamaq lazımdır.

Liquriyada bir vaxtlar Albisola Superiore Albissola Marina çimərliklərində üzə çıxan çoxlu sayda sobaların olması bədii keramikanın uğurundan xəbər verir. "Sənətçilərin gəzintisi" rəngli şüşə pasta plitələrindən hazırlanan 20-dən çox mozaika panelindən ibarət unikal dənizkənarı yolu mütləq ziyarət etməlisiniz. Bu əsərlər 1950-1960-cı illər arasında dövrün ən tanınmış sənətkarları tərəfindən hazırlanmışdır.


Toskanada
, xüsusən İmprunetaMontelupo Fiorentino kimi kiçik kəndlərdə keramika ənənələri hələ də öz çiçəklənmə dövrünü yaşayır və genişlənir. Toskanalı usta sənətkarlar, intibah motivləri, qotik çiçəklər, tovuz quşunun gözü, fars palmettası ilə müxtəlif əşyalar yaratmaqla İspaniyadan gələn ərəb məhsullarına da baxırlar.

Romagna əyalətindəki Faensa şəhərində hər dövrə məxsus və dünyanın hər yerindən gələn parçaların toplandığı məşhur Beynəlxalq Keramika Muzeyi mövcuddur. Marke əyalətində Ascoli Piceno, Urbania (qədim Kasteldurante) və Pesaro keramika sənətinin inkişaf etdiyi mərkəzlərdir.

Abruzzo əyalətindəki mükəmməl Kastelli keramikalarının izlərini S. Covanni Battista kilsəsində və San Donato kilsəsində tapmaq mümkündür.

OrvietoCivita Castellana Lazionun ən əhəmiyyətli keramika mərkəzləridir, Campania-da isə Cerreto sannita (Benevento) və Vietri sul mare (Salerno) mərkəzləri vardır. Buraya yaxın Cava dei tirreni xüsusilə bütün dünyaya ixrac olunan üzlük və döşəmə istehsalı ilə məşhurdur.

Pulyadakı məşhur mayolika və şirli keramika istehsalının ən maraqlı mərkəzlərindən biri olan Laterza qədim keramika istehsallarından parlaq boya ilə örtülmüş ağ üzlüyü ilə fərqlənir.


Kalabriyada Squillace
-də keramikanın mənşəyi çox güman ki, Magna Grecia istehsalından gəlir.

Siciliyada keramika istehsal mərkəzləri Caltagirone, S. Stefano di Camastra, Sciacca Burgio - gil və ağac ilə zəngin olan sahələrdir.

Ən sonuncusu, keramika ənənəsinin əsası qoyulan OristanoAssemini kəndlərinin yerləşdiyi Sardinya adasıdır. Oristano keramikasının xüsusiliyi yaşıl və ya sarı rəngdə olmasındadır; ərazisi qələvi gil ilə zəngin olan Asseminidə isə (Kalyari) "strexiaius" emalatxanalarında ("strexiu", qab-qacaq) gündəlik istifadə üçün qablar hazırlayırlar.

Müəllif: Claudia Signor
Tərcümə: Səidə Eyyubova

27 Fevral 2020