İtaliyalı Baş Aşpaz Anna Mariya Palma Azərbaycanda

İtaliyalı Baş Aşpaz Anna Mariya Palma Azərbaycanda

İtaliyanın Bakıdakı Səfirliyiİtalian Trade Agency-nin Bakıdakı ofisinin təşkilatçılığı ilə Bakıda keçirilən İtaliya Mətbəxi Həftəsi çərçivəsində yüksək səviyyəli romalı Baş aşpaz Anna Mariya Palma ilə görüşdük və onunla söhbət etməkdən sözün əsl mənasında zövq aldıq.

Mehriban və gülərüz xasiyyətli Anna Mariya Palma karyerasına dərhal peşəkar mətbəxlərdə çalışaraq başladı və tez bir zamanda Paytaxtda tanınmış bir aşpaz oldu.

O, yeməyi özünün "ikinci dərisi" və işi olmaqdan əlavə həm də ən böyük həvəsi, ehtirası hesab edir. Məqalənin ardında da oxuyacağınız kimi o, yüksək dərəcəli professional və eyni zamanda paylaşma yeri olan bir dad Akademiyası ``Tuchef``i yaratmaqla bu həvəsi başqalarına da ötürmək qərarına gəldi.

  • Romada “Tuchef” yaratmaq ideyası necə yarandı?
    Hər şeydən öncə mətbəxə olan həvəsim, ehtirasım, daha sonra isə işimə olan böyük məhəbbətim sayəsində bu işi bir çox gəncə ötürərək yalnız mənimlə bitməsin istədim. Artıq iyirmi ildir və onlar bu illər ərzində bu bacarığa yiyələnib formalaşmış və hər biri olmasa da, böyük bir hissəsi baş aşpaz və hətta restoran, şirkət sahibi olublar. Onu da əlavə etməliyəm ki, bu il Romada Qara Qoyun qastronomiya və restoranlar şəbəkəsində 5 keçmiş tələbəm mükafat aldı.
  • Düşünürəm ki, belə bir yol yarada bilmək və irəliyə aparmaq çox məmnunedici bir haldır: ...
    Həddindən artıq.. həm mətbəx, həm də şirniyyat, dondurma və pizzanın hazırlanma dərslərini peşəkar şəkildə özüm keçdiyim üçün deməliyəm ki, bu uşaqların demək olar ki 90% -i iş dünyasına fəal şəkildə daxil olur. Bizim üçün də əsas şey budur. Şagirdlərimə hər zaman söyləyirəm: özünüzü idarə etməyi öyrənin, bu gün gənclər özlərində inam və gücə sahib olmalıdır, mənim başlıca mövqeyim budur
  • Roma mətbəxi? Yoxsa ümumiyyətlə italyan mətbəxi? Seçimləriniz varmı?
    Mən ümumiyyətlə mətbəxə aşiqəm, buna görə də məqamlardan və təklif etməli olduğunuz yerdən asılı olaraq: regional mətbəxdən ümumiyyətlə tariximizi, köklərimizi təmsil edən ümumi italyan mətbəxinə qədər hər birini çox bəyənirəm. Unutmayaq ki, xaricdə özümüzü tanıtmağa səbəb də elə bunlardır. Çünki həqiqətən reseptlərimiz çoxdur və hər birimiz öz adət-ənənələrimizi, duyğularımızı yeməklərə yansıdırıq. Beləliklə, işimdə regional mətbəxdən klassik mətbəxə qədər yer verirəm və əsas da Aralıq dənizi mətbəxi. Zeytun yağı, dadlı məhsullar və korlamadan hazırlamağı bacarmaq. Çünki bu həm də onlara necə davranmaq və uca tutmaq lazım olduğunu bilmək deməkdir.
  • Sevdiyiniz yemək? Yeməyi və bişirməyi?
    Mən həmişə deyirəm ki, ən çox sevilən yemək yaxşı hazırlanmış yeməkdir. Klassik bir pomidor və reyhan - amma yaxşı bir pomidor, təzə reyhan əla bir zeytun yağı ilə.. Paylaşdığınız insandan da asılıdır: onda yemək daha dadlı olur.
  • Yerli mətbəxi və ya xüsusi bir yerli məhsulu dadmaq fürsətiniz olub və ya bu haqda düşünürsüz?
    Cəmi bir neçə gün əvvəl gəldim. Bu günə qədər işdən çox ayrıla bilmirdim, amma çox maraqlı olduğunu düşündüyüm Azərbaycan mətbəxini artıq araşdırmağa başlamışam. Bu ölkə məni doğurdan da çox heyrətləndirdi və ona görə başqa bir vaxt yenidən daha sakit bir zamanda qayıtmağı qərara almışam, çünki bu ölkə mənə çox maraqlıdır və Azərbaycanı daha çox dərindən tanımaq istəyirəm.

Beləliklə yaşayıb-yaratmaq eşqi və həvəs dolu bu sözlərlə gənclərə inanan, onlara sərmayə qoymağı seçən enerjili və aktiv bir qadın olan Baş aşpaz Anna Mariya Palmadan ayrılırıq.

Əməkdaşlığınız və dəyərli vaxtınızı ayırdığınız üçün sizə çox təşəkkür edirik. Bakıda xoş vaxt keçirməyinizi arzulayırıq. Kim bilir bəlkə yenilik gətirmək üçün maraqlı reseptlər və inqrediyentlər olacaq!


Müəllif: Giulia Clamer
Tərcümə: Saida Eyyubova