İtalyan mətbəxi sərhəd tanımır

İtalyan mətbəxi sərhəd tanımır

Akimova Tatyana Nikolayevna Bakıdakı Landmark biznes mərkəzində yerləşən Salò italyan restoranının aşpazıdır. Əslən Bakıdan olan Tania, 2014-cü ildən bəri Salò restoranında işləyir. Onunla, işinə və italyan mətbəxinə olan marağına dair suallar vermək üçün görüşdük.

Salam Tania! Niyə italyan mətbəxinin yeməklərini bişirməyi seçdin? Nə vaxt səndə bu istək yarandı?
Sabahınız xeyir! Hərşey 10 il bundan qabaq məni italyan mətbəxinə və bu dünyaya yaxınlaşdıran italyan qadını ilə görüşümlə yarandı. Mənim ilk peşəm başqa olsa da yemək hazırlamağı həmişə sevmişəm. Yemək hazırlamağa başlayanda dərhal çox xoşuma gəldi, xüsusilə də italyan mətbəxi: pastalar, pizza, salat və bununla da bu yeməkləri hazırlamağı öyrənməyə qərar verdim.


Azərbaycanda italyan mətbəxində istifadə edilən təzə ərzaqları tapmaq çətindir?
Bəzi ərzaqları tapmaq çətin deyil, amma dad baxımından istər istəməz fərq hiss olunur. Məsələn, yerli süd, pendir və mozzarella İtaliyadakıların dadını vermir. Bundan başqa, burada kolbasalar İtaliyadakı kimi deyil. Lakin bizim biznes mərkəzdə bizə birbaşa İtaliyadan kolbasa, prosciutto (donuz eti) və gorgonzola pendirini gətirən italyan menecerimiz var. Mortadella da həmçinin İtaliyadan gətirilir!


Səncə, ən çətin hazırlanan italyan yeməkləri hansılardır?
Deyərdim ki, uzun hazırlanma proseduru olan ət yeməkləri. Biz nahar üçün daha tez hazırlanan yeməklər hazırlayırıq. Səhər hazırlayıb naharda təqdim edirik. Amma elə ət yeməkləri vardır ki onlar  əvvəldən hazırlanmalıdır. Ona görə də məncə onları hazırlamaq çətindir, ona görə yox ki hazırlanması mürəkkəbdir, vaxt çox tələb etdiyindən daha çətin sayıram.


Salò restoranına çox italyan müstərilər gəlir?
Bəli, çox. Biz onları tanıyırıq, onlar da bizi, hətta küçədə belə tanıyırlar. Bu müştərilərin çoxsu biznes mərkəzdə və ya İtaliya Səfirliyində işləyənlərdir və bura yeməyə və ya iş görüşmələri üçün gəlirlər. Misal olaraq Paola Casagrande və İtaliya səfiri Augusto Massarini deyə bilərəm.

Azərbaycanlılar italyan mətbəxindən ən çox nəyi bəyənirlər?
Yəqin ki pastaları, onu hərkəs sevir! Bütün növ pasta növlərini: lazanya, kannelloni və başqaları.

Səncə İtalyan və Azərbaycan mətbəxi arasında əlaqə varmı?
Bəli, həqiqətən də var. Məsələn burada hazırlanan şorbalar italyan şorbalarına oxşayır. Həmçinin içi doldurulmuş tərəvəzdən ibarət yeməklər, Azərbaycanda “dolma” (tənək yarpağına doldurulmuş ət), İtaliyada isə badımcan, bibər doldurması yeməyi vardır, bu növ yeməklər çox oxşayırlar.

Sənin sevimli italyan yeməyin hansıdır?
Deyərdim ki, pasta karbonara, lazanya boloneze və kapreze. Fikrimcə, ən yaxşı yeməklər sadələridir və onlara da üstünlük verirəm.

Nəhayət, sonuncu sual. Heç İtaliyada olmusan?
Çox təəssüf ki yox. Məni dəvət edən çox tanışlarım var, amma təəssüf ki hələ fürsətim olmayıb. Ümid edirəm ki bir gün ora gedəcəyəm!
 
Bizə ayırdığın vaxta görə təşəkkür edirəm, Tania! Səni tezliklə İtaliyada görmək ümidü ilə sağollaşırıq. İtalyan mətbəxini Bakıda təşviq etməyə davam et!
Mən də sizə dəstəyinizə görə təşəkkür edirəm!


Salò restoranı Nizami küçəsi 90a, Landmarkda yerləşir və bazar ertəsindən şənbə gününə kimi, saat 11:30dan 14:45ə kimi açıqdır. Əlavə məlumat üçün +994 12 465 2000 nömrəsi ilə əlaqə saxlayın.
 
Müəllif: Elena Martinolli

Tərcümə: Gulnar Zeynalova

07 Oktyabr 2019