Kapri Yaxt Klubunun qurucusu və fəxri prezidenti Massimo Massaçezi ilə müsahibə

Kapri Yaxt Klubunun qurucusu və fəxri prezidenti Massimo Massaçezi ilə müsahibə

Kapri haqqında heç deyilməyən nə var?
Kapri adi bir ada deyil, xüsusi bir adadır!
Bir ilahə kimi Neapol Körfəzini mühafizə edən misilsiz, gözəl, ilahi varlıq.

 
Şəhərin mərkəzi meydanından Auqusto Bağlarına qədər uzanan dolanbac küçələrdən keçmək, silsilə qayalarda ucalan lüks otellərin möhtəşəm terraslarından Faralyoni zirvəsinə heyran qalmaq, adanı bir yaxta ilə gəzmək və Mavi Mağaranın saf sularına dalmaq, imperator Tiberiusun təqaüdə çıxdığı Villa İovis (Jovis), fransız şairi qraf Jacques d'Adelswärd-Fersenin yaşadığı Villa Lysis, isveçli həkim Axel Munte aid Villa San Michele (Müqəddəs Mikele villası), yazıçı, şair və esseist Kurçio Malaparte tərəfindən dizayn edilmiş Villa Malaparte kimi tarixi villalarda keçmişin ətrini duymaq... dünyanın heç bir adasının bu hissləri yaşaya bilmək imtiyazına sahib olanların qəlbini ovsunlamaq və silinməz iz buraxmaq bacarığı yoxdur!

Villa San Michele, Villa Jovis, Villa Malaparte

Lakin Kapri yalnız gözəllik və dünyəvilik təqdim etmir. Faktiki olaraq bir neçə ildir ki, yelkənli və digər  idman növləri üzrə keçirilən beynəlxalq yarışları üçün vacib bir məkana çevrilmişdir. Daha ətraflı məlumat əldə etmək üçün, adaya yeni bir idman mədəniyyəti gətirərək, Kaprinin ilk Yaxt Klubunu yaradan professor Massimo Massaçezi ilə görüşməyə getdik.

Hörmətli Prezident, siz Kapri Yaxt Klubunun yaradıcısı və fəxri prezidentisiniz, Aralıq dənizinin ən gözəl və məşhur adası ilə bağlılığınız barədə bizə məlumat verə bilərsiniz?
Bəzi turistik ekskursiyalardan başqa, Kapri ilə əlaqələrim, Adanın Turizm Limanının idarə edilməsi üçün Konsorsiumun yarandığı, 90-cı illərin əvvəllərinə təsadüf edir. Maliyyə Nazirliyi (bu gün Kapri Bələdiyyəsinin nəzarəti altında olan səhmdar cəmiyyət) tərəfindən iştirak edən təşkilat, İdarə Heyətində (CdA) məni öz nümayəndəsi təyin etdi və bir neçə il vitse-prezident kimi də çalışdım.

Massimo Massaccesi

Kapridə Yaxt Klubu yaratmaq ideyası nə vaxt və necə yarandı?
İnzibatçı olduğum müddətin sonuna yaxın Bələdiyyə İdarəsi ilə razılığa əsasən mən hələ Kaprida mövcud olmayan Yaxt Klubunun yaradılmasını öz üzərimə götürdüm, gənc sakinlərin sağlam və ekoloji idman növlərinə başlamaları üçün lazımlı, həmişə dənizdə yelkən vasitəsilə öz imiclərini təbliğ edən markalar üçün cəlbedici, qeyri-adi bir yer və bir yarış üçün əlverişli küləkləri olan (bunu sonradan öyrəndim ...), belə bir əhəmiyyətə malik bir adanı təchiz etmək imkanının olması görünürdü. Beləliklə, bir qrup yerli sahibkarlar, yerli dostlarım və adanın digər həvəskarları, milli və beynəlxalq sənaye və iqtisadiyyat aləminin bir çox nümayəndəsi ilə birlikdə Kapri Yaxt Klubunu qurdum və hamısı mediada da dərhal maraq oyadan yeni bir idman reallığı yaratmaq üçün  həvəslə birləşdi.


Klubun əsas fəaliyyəti nələrdən ibarətdir?
Nüfuzlu Klubların, ilk növbədə Zümrüd Sahili Yaxt klubunun, İtalyan Yaxt Klubu, Aniene Klubu və Remo və Vela Italia Klublarının dəstəyi ilə həyata keçirilən bir "təcrübə" müddətindən sonra tamamilə Kapriyə məxsus çox yaxşı qurulmuş və yerli gəncləri özündə cəmləyən öz yelkənli məktəbimizi yaratdıq.

Kapri Yaxt Klubu tərəfindən hansı beynəlxalq yarışları keçirilir?
Klubun yelkənli məktəblə bağlı gündəlik fəaliyyətindən əlavə, milli və beynəlxalq səviyyədə böyük tədbirlərin təşkili ilə məşğul oluruq. Bu tədbirlədən Neapolun İtaliya klubu ilə əməkdaşlıq çərçivəsində Üç körfəz yarışının keçirildiyi Rolex Kapri Yelkənli həftəsinin adını çəkə bilərəm. Kapri yelkənli həftəsi, saat istehsalında dünya lideri olan ROLEX tərəfindən maliyyələşdirilir və Amerika Kuboku kimi ən yüksək səviyyədə gəmi sahiblərinin, ekipajların və həvəskarların iştirakını təmin edir.


Rolex Capri Sailing Week 2019

Klubun əsas istifadəçiləri kimlərdir?
Bu pandemiyadan sonrakı günlərdə məktəb üçün mövcud yerin genişləndirilməsini eyni zamanda, torpaq sürüşməsi səbəbindən tərk etməli olduğumuz Turist Limanının içərisindəki əvvəlki strukturu, əvəz etmək üçün bir nümayəndəlik açmağı düşünürük. Bəzən Kapri Yaxt Klubunun sponsorluğu ilə imicini tanıtmaq istəyən şirkətlərdən və ya şəxslərdən güclü marağa səbəb olan ictimai tədbirlərin təbliği barədə təklifləri alsaq da bizim fəaliyyətimiz sırf idman sahəsində inkişaf edir.

Yaxta(Yachting) dünyasına yaxınlaşmaq istəyən bir insana nə tövsiyə edirsiniz?
Yachting hər büdcəyə uyğun bir fəaliyyətdir, lakin - ən yüksək səviyyədə - tamamilə eksklüziv vasitə və bacarıq tələb edir. Təsadüfi deyil ki, bir çox böyük markalar, dünya miqyasında yaxta kubok yarışlarını  təşkil etmək üçün böyük kapital qoyur. Bununla yanaşı, tədbir üçün maksimum reklam və görünüşə zəmanət verən Kapri, Çervo Limanı və ya San Trope kimi məkanlar axtarılır.

Uzun müddətli təcrübənizi nəzərə alaraq Kampaniya regionunu İtaliyaya investisiya qoymaq istəyən xarici bir investora tövsiyə edərdiniz. Əgər hə, niyə və hansı sektorlarda?
Qədimdə "feliks" adlandırılan Kampaniya, həm təbii gözəlliklərinə, həm də məşhur mətbəx,incəsənət ənənələri ilə zəngin mədəniyyəti ilə dünyada tanınan italyan regionlarından biridir, hələ insanların hədsiz sevgisi və qonaqpərvərliyini demirəm. Əlbətdə, mənim fikrimcə turizm və onunla əlaqəli hər şey bir investor üçün unikal bir fürsətdir. Bu, son pandemiyanın səbəb olduğu məcburi fasilələrə baxmayaraq, istirahət evlərindən tutmuş çox sayda nüfuzlu otellərin təmiri, yaşayış yerlərinin böyük çiçəklənməsi gələcəyə inam üçün bir sübutdur. Və nəhayət iqlimimiz... bir möcüzədir!

Müəllif: Paola Casagrande 
Tərcümə: Nərgiz Cəfərova

18 Iyun 2020