Klaudio Rossi Massimi ilə müsahibə - “Zərdüşt Mükafatı” İtaliya-Azərbaycan Film Festivalı

Klaudio Rossi Massimi ilə müsahibə - “Zərdüşt Mükafatı” İtaliya-Azərbaycan Film Festivalı

Klaudio Rossi Massimi müəllif, rejissor və radio-televiziya ssenaristidir. Rai kanalında uzun bir təcrübədən sonra özünü kinoya həsr edərək 47 sənədli və 1 bədii filmə imza atdı.

Martın 4-dən 7-dək Bakıda keçiriləcək “Zərdüşt Mükafatı” İtaliya-Azərbaycan Film Festivalının ikinci buraxılışı münasibətilə onunla görüşdük.

Rai İtalyan Radio və Televiziyası kimi böyük bir şirkətdən kino sahəsinə keçmək necə baş verdi? Elə bil bilmədiyin qaranlığa sıçrayış edər kimi ...
Mənim işimdə əsas olan maraqdır və təkrarçılıq ən qatı düşmənimdir. Radio və televiziyada keçirdiyim uzun illərdən, əlbəttə məni daima məmnun edən illərdən sonra özümü kino ilə sınamaq istədim, çünki bu ünsiyyət vasitəsinə həmişə valeh olmuşam. Mənim “yeddinci sənət” adlanan bu sənətə hər zaman həvəsim olub. Bir neçə il özümü sənədli filmlərə, xüsusən də tarixi-mədəni mövzuda olan filmlərə həsr etdim, sonra isə eyni adlı romanım əsasında “Antonionun sindromu” olan ilk bədii filmimi çəkdim.

Müəllif və rejissor kimi 48 əsərə imza atmısınız. Keyfiyyət mükafatları almış  və həmçinin festivallarda bədii rəhbər kimi başqalarına mükafat təqdim etmisiniz. Sizin fikirləriniz bizim üçün çox maraqlıdır. Sizcə, İtaliya kinosunda bugünkü vəziyyət necədir?
Düzünü deməliyəm, İtaliya kinosu bir neçə il büdrəsə də, son illərdə bərpa olunmağa başlayır. Aydındır ki, kaset filmlərindən deyil, İtaliyanın hər zaman fərqləndiyi müəllif kinosu haqqında danışıram. Mənə elə gəlir ki, yaxşı ideyalar var və yaxşı şəkildə da həyata keçirilir. Deyərdim ki, İtaliya kinosunun bugünkü vəziyyəti yaxşıdır.

Sizcə, İtaliya kinosu tarixində fundamental keçidlər edən rejissorlar olubmu?
Müharibədən sonrakı dövrdə şübhəsiz ki, Vittorio De Sika və sonradan Federiko Fellini və Ettore Skola, bəlkə də təkrarolunmaz iki ustad sənətkar... bir sözlə, mənim sevimli rejissorlarım!

Siz “Zərdüşt Mükafatı”, eyni zamanda, üç ildir ki, Kiprdə keçirilən İtalyan Film Günlərinin bədii rəhbərisiniz. Bu rolda özünüzü necə hiss edirsiniz və bir az da təcrübələriniz haqqında eşitmək istərdik.
Film festivalını idarə etmək fərqli kinomatoqrafiya mədəniyyətləri ilə əlaqə yaratmaq üçün çox xüsusi və möhtəşəm bir yoldur. Dediyim kimi, maraq peşəm üçün ən böyük stimul elementidir, bu rol sözsüz ki, çox maraqlıdır. Əlbəttə ki, müəyən filmlərə üstünlük vermək və digərlərini istisna etmək üçün seçim etməkdə məsuliyyət və çətinlik hiss edirəm, lakin bu qaçılmazdır. Özüm üçün bir qayda yaratmışam, yerli tamaşaçı üçün daha çox stimul verə biləcək filmləri seçirəm.

Zərdüşt Mükafatı İtaliya-Azərbaycan Film Festivalından daha ətraflı danışsaq, keçən il keçirilən ilk buraxılışda hansı təcrübələriniz oldu?
Həqiqətən çox müsbət bir təcrübəm oldu, xüsusilə işçi heyəti səviyyəsində möhtəşəm idi. Zərdüştlük və ya mazdeizmin inkişaf etdiyi ölkəni tanımaq barədə düşünmək doğurdan da mənə çox maraql idi.

İtalyan kinosuna böyük marağı və diqqəti olan bir ölkə gördüm. Əlbəttə ki, Azərbaycan Aralıq dənizi mədəniyyətinə malik bir ölkə deyil, lakin tarixdə Rusiya, Fars və Türkiyədən gələn mədəni təsirlərə məruz qalmışdır, buna baxmayaraq ölkəmizlə bu möhtəşəm Asiya ərazisi arasında artıq mədəni əlaqələr qurulmağa başlamışdır. Mən əminəm ki, festivalımızın növbəti buraxılışında bu əlaqələr daha da güclənəcəkdir. Bir sözlə, 4 Mart Bakıda görüşənədək!

Müəllif: Paola Casagrande
Tərcümə: Səidə Eyyubova

8 Yanvar 2020