Lamborghini, lyuks italyan avtomobili

Lamborghini, lyuks italyan avtomobili

İtaliya incəsənət, gözəllik və moda ölkəsidir. Bu keyfiyyətlər hər zaman ikonik və unudulmaz modellər ərsəyə gətirən dəbdəbəli italyan avtomobil mərkəzlərində də özünü əks etdirir. Dünyanın ən çox xəyal edilən superkarları arasında Lamborghini üçün xüsusi bir yer ayrılmışdır.


Lamborghini Avtomobilləri 1963-cü ildə İtaliyanın şimalında, Sant’Agata Bolognese-də, müharibədən sonrakı ilk illərdə istehsala başladığı traktor fabriki sayəsində artıq uğurlu bir sahibkar olan Ferruccio Lamborghini tərəfindən qurulmuşdur. Lamborghini-nin özünü super idman avtomobillərinə həsr etməsi dəlilik hesab edilirdi, ancaq sənayeçi qətiyyətli idi və özünün bürcü olan buğa işarəsi ilə olan gerbi daşıyacaq yeni avtomobillər haqqında çox dəqiq və aydın fikirlərə sahib idi. Öküz döyüşünün təsiri avtomobillərin adlarında da rast gəlinir, bir çoxlarının adında öküz cinslərindən və daha çox ümumiyyətlə İspaniya buğa döyüşlərindən ilham alınmışdır.

Dünyadakı 130-dan çox diler ilə yarım əsr ərzində Lamborghini hərkəsin arzusu olacaq 350 GTMiuraEspadaCountachDiabloMurciélago davamlı avtomobil seriyasını və ReventónSesto Elemento e Aventador J kimi məhdud seriyalı avtomobilləri yaratmışdır. Paralel qayçı şəklində yuxarıya doğru dönərək açılan ikonik qapıları ilk dəfə xüsusilə Countach modeli təqdim etdi.

Veneno Coupe, Egoista və Veneno Roadster 2013-cü ildə şirkətin 50 illik yubileyini qeyd etmək üçün, Centenario isə təsisçi Ferruccio Lamborghininin anadan olmasının 100 illiyi münasibətilə 2016-cı ildə yaradılmışdır.

2015-ci ildə Bakıda Lamborghini Avtomobil Kolleksiyasının ilk geyim və aksesuar mağazası olan Lamborghini Mağazası açıldı. Lamborghininin Azərbaycandakı rəsmi dileri Avtolux Azərbaycandır

Əlavə məlumat üçün Bakıdakı Prospekt Parlamenta, 4 (Alov Qüllələri) ünvanında yerləşən Lamborghini Mağazasına müraciət edə bilərsiz və ya (012) 404 84 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Müəllif: Claudia Signor
Tərcümə: Gulnar Zeynalova

10 Iyul 2019