Milandan Bakiya, Karlo Krakko

Milandan Bakiya, Karlo Krakko

Dünyada İtaliya Mətbəxi Həftəsi təşəbbüsü çərçivəsində İtaliyanın Azərbaycandakı Səfirliyi və İtalian Trade Agency-nin Bakıdakı ofisinin birgə təşkilatçılığı ilə 22 noyabr tarixində Bakıda kulinariya fəaliyyəti və davamlı inkişaf mövzusunda konfrans keçirildi.

İtaliya və Azərbaycan, yenilik və ənənə arasındakı birlik və yaxınlığı vurğulamaq üçün Expo Café-si Milan Expo – 2015 sərgisində olan  Azərbaycan pavilyonuna və beləliklə mühüm bir tədbirə ev sahibliyi etdi. Bu münasibətlə, İtaliyanın yüksək səviyyəli aşpazlarından biri, TV ulduzu və kulinariya simvolu hesab olunan baş aşpaz Karlo Krakko ilə tanışlıqdan məmnun olduq.

Karlo Krakko karyerasına 1986-cı ildə dərhal yüksək səviyyədən: Milandakı "Gualtiero Marchesi" adlı məşhur restoranda başlamışdır. Beynəlxalq əməkdaşlıq, restoran və fərqli markalar ilə dolu olan uzun bir karyeradan sonra 2 “Michelin” Ulduzu mükafatına layiq görüldü. Masterchef televiziya verilişi ilə səs gətirən uğuru və restoran sahəsində həyata keçirdiyi bir çox digər layihələrdən sonra 2018-ci ilin fevral ayında Milanda Qalereya Vittorio Emanuel II-də axırıncı restoranını açdı. Buraya qapalı tədbirlər üçün ayrılmış xüsusi yerlə yanaşı həm restoran, həm də kafe-bistro hissəsi daxildir.

Gəlin bu maraqlı müsahibə zamanı onun bizə nələrdən bəhs etdiyinə nəzər yetirək!

Sabahınız xeyir, Baş Aşpaz. Bakıya xoş gəlmisiniz! Bilmək istərdik, görəsən sizdən ən sevdiyiniz yeməyi hazırlayıb yeməyinizi istəsələr, seçiminiz nə olardı...?
Ən sevdiyimiz yeməyi söyləmək həmişə çətindir ... seçiminizi bir az məhdudlaşdırır, həm də bizim mətbəx - İtalyan mətbəxi - sizə o qədər yemək təklif edir ki, cavab vermək daha da çətin olur, amma şübhəsiz makaron və pizza, xaricdə olduğum zaman ən çox darıxdığım yeməklərdir.

Daha sonra Milandakı "Cracco" restoranı haqqında soruşmaq istərdik, Qalereya Vittorio Emanuel'də yer seçimini necə düşündüz və ümumiyyətlə fikir necə yarandı?
Yaddan çıxan bir əmlakı geri qaytarmaq və tamamilə yenidən qurmaq məqsədilə bir fürsət yarandı və Milan bələdiyyəsi binanı bərpa etmək istədi. Lakin onu mükəmməlliyə həsr edərək.. Qalereyada yalnız normal bir restoran açmaq yox, daha üstün, daha çox dəyər qata biləcək bir şey lazım idi. Oradan, yarışmaya qatılaraq biz qazandıq və bu şansı əldə etdik. Həqiqətən inanılmaz olan bu gözəl yeri kəşf etdik, çünki içəridən çöl tərəfi görmək daha gözəldir, buna görə də həqiqətən özünəməxsus bir şey etmə seçimimiz oldu.

Bəs yemək bişirərkən  fəlsəfəniz? Yeməyin uğurlu və dadlı alınması yoxsa müştəri məmnuniyyətinə daha çox önəm verirsiniz..? Və ya hər ikisinin birlikdə olması?
Məqsədimiz bir tərəfdən xammal olan hər şeyi "gözəl" və "dadlı" şəkildə geri qaytarmağa çalışmaqdır. Digər tərəfdən yaradıcılığımızı, toxunuşumuzu, kiçik müdaxilələrlə fərqimizi ifadə etməyə çalışmaqdır. Bu axşam menyunu hazırlayacağıq və bununla bağlı yeni bir fikrə sahibik. Misal üçün un, sonra “risotto” və ət bişirəcəyik, müştərini müxtəlif yeməklərlə müşayiət etməyə çalışdığımız bütün bu prossesi  tamamlayacağıq.

Yerli mətbəxi öyrənmək şansınız oldumu və yaxud sizə maraqlıdırmı?
Bu gecə gəlmişəm - gülür - amma əlbəttə fürsət tapacağıma ümid edirəm! Bu barədə mənə danışıblar, vaxtım olsa bu konfransdan sonra axşam yeməyindən əvvəl düşünürəm.

Gələcək üçün layihələr?
Artıq var ... növbəti addım İtaliyada bir kənd təsərrüfatı müəssisəsi açmaq olacaq: şərab, yoxlanılmış məhsullar istehsal etmək və beləliklə bizim ərazilərdən gələn üfüqi bir xətt yaratmaq. Mətbəxdə də inkişaf etmək vacibdir, bu yaxşılaşdırmaq və yaxşılaşmaq üçün bir şansdır. Mükəmməllik öhdəlik tələb edir, amma sonra nəticələri də görünür.

Konfrans zamanı Baş aşpaz Mədəniyyətin əhəmiyyətini vurğulayaraq çıxış edir. Yerli mətbəxdən necə istifadə etməyiniz hara getdiyinizi anlamaq üçün vacibdir.

« Vacibdir » deyir «harada olduğumuzu, harada yediyimizi, işə hara getdiyimizi anlamaq. Burada, Azərbaycanda zəngin yerli mətbəx mövcuddur. Bəzi ideyalar öyrənmək maraqlı olardı».
« Məhsulların unikallığı əlavə bir dəyərdir » davam edir « və məhsulun nəticəsidir. Bir ölkənin kənd təsərrüfatı, onun vacib və çox güclü bir hissəsidir. Bəzi məhsullar - şərab, pendir, ədviyyat və ya ətin zəmanəti olmalı və qorunmalıdır...».
« Bilmək, müqayisə etməyi bacarmaq deməkdir və müqayisə etməyi bacarmaq böyümək deməkdir. Mən dünən axşam gəldim və bu ölkə ilə ən qısa müddətdə tanış olmağa ümid edirəm və inanıram ki, bir yerlə əlaqə qurmağın ən gözəl yolu mətbəxə yaxınlaşmaqdır ».

Mətbəxdən başlayaraq qalan hər şeyə çatmağın mümkünlüyü haqqında fikirlərini bildirərək dünyanın ən məşhur italyan aşpazlarından biri bizimlə ayrılır . O, bizə maraq və kreativliyi, yeməklərdən ləzzət almağı və bir ölkə haqqında daha çox şey kəşf etmək üçün həvəslə əyləncəni birləşdirməyi təklif edir. Bu şəkildə Krakko bizə bir daha öyrədir: italyan mükəmməlliyini izah edir və onu başqalarına birləşdirərək daha da mükəmməl edir.


Müəllif: Giulia Clamer

Tərcümə: Gulnar Zeynalova

5 Dekabr 2019