Milanın Brera sarayında yerləşən Pinacoteca di Brera muzeyi qədim və müasir incəsənətə həsr olunmuş milli bir incəsənət qalereyasıdır. Ümumi sahəsi 24000 kvadratmetr olan kompleksdə “Braidense” Milli Kitabxanası, Lombardiya Ədəbiyyat və Elmlər İnstitutu və Təsviri İncəsənət Akademiyası kimi digər vacib qurumlar da mövcuddur ki, bu da onu Milandakı ən böyük komplekslərdən birinə çevirir.



Official video of the Pinacoteca di Brera - Realized by viva! | vivaonweb.com

La Pinacoteca ilk əvvəl 1776-cı ildə Avstriyalı Maria Teresanın istəyi ilə təhsil yönlü əsərlərin toplanması üçün yaxınlıqdakı Akademiyaya dəstək olaraq yaradılmışdır. Sonrakı illərdə bu toplanma daha da çoxaldı və İtaliya Krallığının paytaxtı Milan olduqdan sonra 1809-cu ildə Napoleonun istəyi ilə Pinacoteca rəsmi şəkildə quruldu. XIX əsrin əvvəlləri bir çox dini sifariş nəticəsində Pinacoteca-dakı incəsənət sahəsində tələbələr yetişdirmək üçün nəzərdə tutulmuş əsərlər toplusu, fransız ordularının fəthləri zamanı basqın etdiyi bütün əsərlər, o cümlədən dini təbiətli əsərlərlə əvəz olundu: bu səbəbdən irəli gəlir ki, bu gün də kolleksiyanın üstünlük təşkil edən hissəsi dini əsərlərdir.
Pinacoteca, məsələn, Florensiyadakı “Uffizi” Qalereyası kimi bir çox digər İtaliya muzeylərindən fərqli olaraq, aristokratların şəxsi kolleksiyası kimi deyil, siyasi və dövlət kolleksiyaları kimi formalaşmışdır.

Brera kolleksiyasında demək olar ki, hamısı rəsmlərdən ibarət olan 400-dən çox əsər toplanır. Pinacoteca-nın salonlarını gəzmək - freskalar, Venesiya və Lombardiyanın qotik və mərhum qotik üslubunda rəsmləri, Ferrara, Emilia və Marke intibahı, avanqard üsluba qədər müxtəlif əsərlərdən ibarət 1300-1900-cu illərin incəsənət tarixinə səyahət etmək deməkdir. Bir hissəsi xarici Məktəblərə, o cümlədən Flamandaya da həsr olunmuşdur. Breranın daxilində həmçinin ictimaiyyətə açıq olmayan və yalnız alimlər üçün açıq olan rəsmlər toplusu da qorunmaqdadır.


Möhtəşəm rəssamlar arasında Covanni Bellini, Karavacco, Kanaletto, Mantenya, Raffaello, Tintoretto, Boççoni, Modilyani, Pikasso, Rubens, Rembrant kimi unudulmaz adlar vardır. Buradakı Piero della Françeskanın Vergine con il Bambino (Bakirə qız və Uşaq), Pala Montefeltronun angeli e Santi (mələklər və Müqəddəslər)Françesko Hayezin Il bacio (Öpüş) əsəri kimi bəzi əsərlər məşhur və əvəzolunmazdır. Sarayın həyətində yerləşən, görkəmli heykəltəraşlıq əsərlərindən biri sayılan Antonio Kanovanın “Marsın Sülhməramlı şəklində Napoleon” bürünc heykəlini isə xüsusi qeyd etməliyik.


Bu gün Pinacoteca muzeyini ziyarət etməklə siz əsl sensasiyalı təcrübə qazanmış olarsınız. Burada bəzi rəsmlər üçün tekstil başlıqlar hazırlanmışdır, yəni əsərlərdə təqdim olunan parçaları canlı şəkildə hiss etmək mümkündür, digərləri üçün isə şəkildəki gördüyümüz çiçəklərin və ya mirranın (ətirli qətranı bol olan ağacdır) şirin qoxusunu hiss etməyə imkan verən diffuzorlar quraşdırılmışdır. Beləliklə qarşımızdakı parçanın həqiqətən daxilində olduğumuzu xəyal edə bilərik. Daha sonra siz, Brera sarayındakı “Caffè Fernanda” restoranında musiqini əsərlərlə birləşdirən Brera/Musiqi proqramını dinləməklə bərabər qalereyanın əsərlərindən ilhamlanmış yeməklərdən ləzzət ala bilərsiniz.
 
Pinacoteca hər zamankı kimi, bu gün də İtaliyanın ən maraqlı və ziyarət edilən dövlət muzeylərindən biri olaraq qalır. 2014-cü ildə o, ən çox ziyarət edilən 21-ci dövlət muzeyi elan olunmuş, 2016-cı ildə isə 300 mindən çox ziyarətçi qəbul etmişdir.
 
Pinacoteca di Brera
Brera küç. 28, 20121 Milano MI
pinacotecabrera.org/ 

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

02 Mart 2020