Moka, italyan dizayninin simvolu

Moka, italyan dizayninin simvolu

Ah kofe!!! O dünyada ən çox sevilən içkilərdən biridir.
Ancaq qəhvəni ləzzətli edən təkcə onun dənəciklərinin keyfiyyətli olması deyil, eyni zamanda hazırlanma qaydasıdır. Bu gün sizinlə Moka və onun İtalyan Dizaynının əsl simvoluna necə çevrilməsini kəşf edəcəyik.


XX  əsrin əvvəllərində ilk qəhvədan istehsal olunur
. Sürətli siyasi dəyişikliklər ilə xarakterizə olunan bu tarixi dövrdə, İtaliya xalqının istehlak vərdişlərində də bir inqilab  başladı: qəribə görünə bilər, amma italyan üsulu ilə qəhvə hazırlamağın üstünlüyü, 1930-cu illərdə tam faşist rejimində inkişaf edən sosial, texnoloji və iqtisadi dəyişikliklərlə əlaqələndirilir. Bu həm də iki bir-birinə yad maddənin birləşməsi hekayəsidir: kofein və aluminum. Əslində hər iki məhsul  müasirliyi simvolizə edirdi: sürət, hərəkətlilik, güc və enerji müasir insanın yeni həyat tərzini təmsil edən terminlərdir.

20-ci əsrin əvvəllərində qəhvə ümumiyyətlə çox sevilən tünd içki ticarətində üstünlük təşkil edən, alqı-satqıdan qovrulmasına və istehlakına qədər hər şeyə nəzarət edən qəhvəxanalarda istehlak edilirdi. Buna baxmayaraq hələ də evlərdə çaydanda hazırlanan qəhvə içilirdi.

Dahi Alfonso Bialettinin tarixə düşəcək bir qəhvə dəmləmə sistemini icad etməsi üçün Otuzuncu illəri gözləməli olacağıq!

Fransada alüminium sənayesində təcrübəsini başa vurduqdan sonra Bialetti İtaliyaya qayıdır və özünün mexaniki emalatxanasını açır. O qadınların camaşırxanalarda istifadə etdikləri üsulları müşahidə edərək bu gün tanıdığımız qəhvə maşınına bənzər bir modeli hazırlamaq qərarına gəlir. Əslində, ənənəvi sistemlərdə paltarlar, sabunlu suyu soran və yenidən camaşırların üzərinə səpən mərkəzi borudan ibarət böyük çəlləklərdə qaynadılırdı. 1933-cü ildə bir neçə illik cəhdlərdən və texniki düzəlişlərdən sonra Alfonso Bialetti Moka Express-i icad etdi; alüminiumdan hazırlanmış bu qəhvə maşını, forma və dizaynına görə evlərdə çox sevilən gümüş qəhvə dəstinə bənzəyirdi: və budur müasir texnologiya ilə italyan zəriflik və sənətkarlıq ənənəsinin vəhdəti.


O vaxtdan bəri bir çox dizayn brendləri Moka-nı öz uğurlu məhsullarına çevirdilər. Birinci sırada təbii ki, Alessidir. 1979-cu ildə dizayner Riçard Sapper, Alessi üçün 9090 qəhvədanını hazırladı və qızıl Kompas mükafatını aldı. Bu gün Nyu Yorkdakı Müasir İncəsənət Muzeyinin “Permanent Design Collection”nda sərgilənən Moka Bialetti üçün Sapperin hazırladığı bu layihənin əsas prinsipləri zəmanət, praktiklik və monomaterial olması idi.

1979-cu ildən bu günə qədər Alessi, funksionallıq və dizaynı özündə birləşdirən qəhvədanları  hazırlamaqdan vaz keçmədi. Düşünün ki, qırx ildə şirkət ən məşhur dizaynerləri və memarları bu məhsul üçün dəvət edib, bunların arasında Konika (1984),  Kupola (1988) və Oktaqon-u (1993)  dizayn edən Aldo Rossi, 1993-cü ildə Mix Italia-nı hazırlayan Stefano CovannoniQuido Venturini, Maykl Qraves və onun dizayn etdiyi  Pelicano-nu (1995) mütləq qeyd etməliyik.


Britaniyalı memar Devid Çipperfil tərəfindən dizayn edilmiş italyan mədəniyyətinin əbədi ikonasının interpretasiyası olan "Moka" Alessi kolleksiyasının son qəhvədanıdır. 2019-cu ildə Milan Dizayn Həftəsində onun istifadəyə verilməsi münasibətilə təşkil edilən tədbirdə Alessi, bu sənaye dizaynının ikonasını, qəhvə istehsalçılarının təkamülü, adlı bir sərgi ilə Mudec-də (Milan Mədəniyyət muzeyi) təqdim etdi: Moka Alessi. Design & Re-Design.. Riçard Sapper-dən (1979) Devid Çipperfildə (2019).

Dünyanın ən əhəmiyyətli muzeylərində sərgilənən bu İtalyan dizaynı olan əşyanın, paltaryuyan maşından ilhamlanaraq kəşf edildiyini düşünmüşdünüzmü? Məhz bu məqam deməyə əsas verir ki, Made in Italy kreativliyi sərhəd tanımır!

Müəllif: Federica Ballestrin
Tərcümə: Nərgiz Cəfərova

23 Aprel 2020