Motsarellanın tarixçəsi... Moskvanı fəth edən Donato Parisi adlı sahibkarın hekayəsi

Motsarellanın tarixçəsi... Moskvanı fəth edən Donato Parisi adlı sahibkarın hekayəsi

Hər birimizin həyatı yenicə başlayan, bitən, kəsişərək yeni hadisələrin yaranmasına rəvac verən hekayələrin nəticəsidir. Bəzən həyat yolumuz bizi, özümüzün belə təsəvvür etmədiyimiz yerlərə aparan uzun səyahətə bənzəyir!

Sizə söyləmək istədiyimiz hekayə, 6 il əvvəl ilk dəfə Moskvada, rus tropaqlarında ev üsulü qaymaqlı motsarella hazırlayan, Vezuvinin ətəklərində dünyaya göz açmış Donato Parisiyə aiddir.

Donato çox uğurlu sahibkarlıq karyerası ilə öyünən neapollu bir xəyalpərəstdir. 2012-ci ildə Moskvaya köçən Donato, bir neçə aydan sonra tezliklə həyat və iş yoldaşına çevrilən Tata ilə tanış olur. Onlar birlikdə yüksək keyfiyyətli italyan məhsullarını çətin və tələbkar Rusiya bazarına gətirməyə qərar verirlər. Donato və Tata italyan yeməklərinin ləzzəti və dadının bu ölkəni fəth edəcəyini bilir, ən azından hiss edirdilər... və baş verənlər də bu gözləntiləri doğruldur! Beləliklə, onların təsis etdiyi Altagamma Food şirkəti çox qısa müddətdə bütün Rusiya qida sektoru üçün bir istinad nöqtəsinə çevrilir.

Ancaq əvvəldə söylədiyimiz kimi, həyat gözlənilməz hadisələrin nəticəsidir. Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi qəfil sanksiyalar səbəbindən, idxal olunan təzə məhsulların, o cümlədən süd məhsullarının da ölkəyə gətirilməsi dayandırılır.

Bax elə bu məqamda, italyanların problemi fürsətə çevirmək kimi sahibkarlıq istedadı özünü biruzə verir. Donato və Tata da “geri çəkilməməyə”qərar verirlər. Onlar uzun axtarışlardan sonra yerli fermalarla əməkdaşlıq edib əla keyfiyyətli inək südündən istifadə edərək, tamamilə Made in Italy texnologiyasına əsaslanan və əsl italyan ənənələri ilə hazırlanan yerli məhsulların istehsalına başlayır.

Altagamma Food cheeses

Nəticə? Nəticə heyrətamiz idi! O vaxtdan bəri motsarella, burrata, straççatella, kəsmik və bir çox bu kimi yüksək keyfiyyətli süd məhsulları hər gün 400-dən çox restoran və otellərdə istifadə olunur, Moskva və Rusiya Federasiyasının digər şəhərlərindəki böyük supermarketlərdə satılır.

Bu inanılmaz uğurda 25 ildən çox təcrübəsi olan və pendir istehsalı sektorunda italyan mükəmməlliyini təmsil edən Altagamma Food şirkətinin ustad mütəxəssislərinin fədakarlığı danılmazdır.

Lakin Donato və Tata, pendir istehsalı və İtaliya məhsullarının idxalı ilə kifayətlənməyərək, böyük tədbirlər dünyasına baş vururlar. Uzaqgörən davranıb ən yaxşı italyan aşpazları ilə məsləhətləşən cütlük, böyük fürsətlər” vəd edən rus bazarında iaşə xidmətlərinə artan tələbata sinə gərməyə qərar verirlər. Bu sektorda əldə olunan nəticələr də onları çox intizarda qoymur.

Bəziləri düşünə bilər ki, hekayəmiz burada bitir... amma bu, qətiyyən belə deyil! Son iki ildə Altagamma Food komandasına biznesdə iti ağıla sahib olan Kampaniyadan olan iki gənc, Antonio və Viviana da qoşulub. Onlar Donato və Tata ilə bütün dünyanı dolaşaraq, süd məhsulları zavodu açmağı düşünən və İtaliya məhsullarını başqa ölkələrdə tanıtmaq istəyən italyan (qeyri-italyan) sahibkarlara məsləhətlər və strateji dəstək verirlər. Artıq son hədəf əldə olunub: Avstraliya. Burada da Altagamma Food şirkətinin dəstəyi sayəsində yanvar ayında açılan və bir neçə ay ərzində yerli bazarın etimadını qazanan əla italyan süd məhsulları istehsal edən zavod fəaliyyət göstərir.

Günlərini iş və ailə arasında bölərək dörd uşaq böyüdən Donato və Tata, hər zaman möhtəşəm layihələr yaratmaq üçün yeni ilham mənbəyi tapırlar ... amma bu, tamamilə başqa hekayənin mövzusudur, çünki, bu haqda sizə sərhədlər açıldıqdan sonra bu ailəni ziyarət edən kimi yazacayıq!

Onların uğurlarının sirri nədir? Sadəlik, sevgi, ənənə və həyatın gözəlliklərinə olan inanılmaz sevgi.

Biz italyan olmağımızla qurur duyur, öyünürük, lakin İtaliyanın adını dünyada uca tutan Donato və Tata kimi insanların hekayəsini danışarkən qəlbimiz fəxarət hissi ilə dolur... çünki onlar zəhmət və sevgi ilə mümkünsüzü mümkünə çevirirlər!!!

Müəllif: Paola Casagrande
Tərcümə: Kəmalə Əliyeva

09 Iyun 2020