Mükəmməl “Gəlinin ən yaxın rəfiqəsi”

Mükəmməl “Gəlinin ən yaxın rəfiqəsi”

Böyük gün gəlir, evlilik təklifi edilib, hər şey hazırdır... bəs siz hazırsınız?Xeyr, gəlin haqqında deyil, mükəmməl bir toyun keçməsi üçün əsas rollardan biri haqqında danışırıq! Gəlinin ən yaxın rəfiqəsi.

Gəlinin ən yaxın rəfiqəsi olmağın məsuliyyəti çox böyükdür. Bəs toya hazırlıqla yeni evlənənlər üçün danışıqlar, son dəqiqələrdə yaşanan narahatlıqlar, subaylığa vida partiləri arasındakı tarazlığı necə saxlamaq olar... və bütün bunlardan sonra əsəblərinizi qoruyub saxlamaq necə? Qısacası, gəlin deyilsən, amma yenə hamının gözü sənin üzərindədir! Mükəmməl gəlinin ən yaxın rəfiqəsi olmaq və bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün nə etmək lazımdır?

Toydan əvvəlki dövrdə gəlinin əsl "şəxsi köməkçisi" olacaqsınız. Gəlinlik paltarını seçmək, toyun keçirələcəyi məkan, makiyaj və saç düzümü barədə məsləhətlər vermək kimi ən vacib anlarda iştirakdan tutmuş, bu kimi zamanlarda heç vaxt kifayət etməyən mənəvi dəstəyə qədər!

Redaksiya heyətimizin fikrincə mükəmməl soldiş olmağın birinci xüsusiyyəti dəstəkdir! İkinci yerdə isə digər rəfiqələr üçün geyim seçimi etmək gəlir ki, bu da gəlinlik paltarı üçün əsl müşayiət rolunu oynayacaqdır. Ancaq gəlinin rəfiqəsi digər ümumi rəfiqələrdən fərqlənməlidir. Tövsiyə edirik: çoxlu qonaq izdihamında hər hansı bir məlumat və ya kömək istəmək üçün sizi tanıya bilsinlər deyə "tanınan", ancaq hər zaman gəlindən bir addım arxada olmalısınız! Ağ, xüsusən də bəyaz rəng paltar tövsiyə etmirik, yumşaq rənglər və sadə bir makiyaj təklif edirik.


Subaylığa vida partisi üçün sizə ağ vərəq buraxırıq! Heç kim gəlinin zövqlərini sizdən yaxşı bilə bilməz, bunun üçün sadəcə aşağıdakı bir neçə praktik məsləhəti qeyd edə bilərik:

-  Gələcək gəlinin zövqlərini izləyin, özünüzün deyil, onun xoşuna gələn bir şeyi təşkil etməlisiniz;

-  Adətən toy mərasimindən təxminən bir həftə əvvəl keçirilməlidir;
-  Qalan rəfiqələri də cəlb etmək vacibdir;
Əylənin! Bir axşam şənliyindən mini bir həftə sonuna qədər əylənin! Vacib olan, birlikdə keçirəcəyiniz zamanın keyfiyyətidir.

Ancaq böyük gün gəlib çatanda həyəcan sizin üçün də hiss ediləcəkdir.
Dediyimiz kimi, bəlkə də mənəvi dəstək belə həyəcanverici və sevgi dolu bir anda təqdim edə biləcəyiniz ən qiymətli şeydir. Gəlinə yaxın olun və onun hər istəyini yerinə yetirməyə çalışın, çünki bu gün Onun günüdür. Bir neçə praktik məsləhət:

- Hər şeyin qaydasında olduğunu yoxlamaq üçün bir siyahı hazırlayın;
- İçində əlavə dodaq boyasından tutmuş, saç lakı, salfet, ehtiyat kapron coraba qədər olan kiçik "təcili yardım dəsti".. bir sözlə, lazım bildiyiniz bütün bu kiçik şeylər həmişə faydalı ola bilər;
- Həm kilsəyə girərkən, həm də mərasim zamanı mütəmadi olaraq gəlinin geyiminə, əsasən da fatasına nəzarət edin;
- Toy yerinə gəldiyiniz zaman qonaqları qarşılamağa kömək edin və hər hansı bir hadisə üçün hazır olun;
- Çıxış anı. Bütün qonaqları hərəkətə gətirməyə hazırsınız?

Həyəcanverici, ömür boyu xatırlanan və unudulmaz bir gün olacaq. Rəqs edin, əylənin, qeyd edin! Əsas sirr bütün prosesi düzgün ruhda qarşılamaqdadır. Beləliklə, şübhəsiz mükəmməl gəlinin ən yaxın rəfiqəsi olacaqsınız.

Müəllif: Giuia Clamer
Tərcümə: Səidə Eyyubova

05 Mart 2020