Paolo Borgini ilə müsahibə, “MICAM Milano” adlı beynəlxalq ayaqqabı sərgisinin Bakıdakı təqdimatı

Paolo Borgini ilə müsahibə, “MICAM Milano” adlı beynəlxalq ayaqqabı sərgisinin Bakıdakı təqdimatı

Azərbaycanlıların made in Italy üzrə istəkləri həmişə inkişaf etməkdədir və son ildə made in Italy ayaqqabılarının Azərbaycana idxal edilməsi artmışdır.

Buna görə, beynəlxalq ayaqqabı sərgisi MICAM Milano üçün MICAM 88 –in 50 illik yubiley tədbiri ilə Azərbaycanda təqdim edilmək böyük fürsət idi. Öz keyfiyyəti, tərzi və yeniliyi ilə seçilən italyan ayaqqabı dizayn tədbiri 9 iyul 2019-cu ildə İtaliya Səfirliyinin əməkdaşlığı ilə İCE-nin (İtaliya Ticarət Palatası) Bakı ofisi tərəfindən təxminən altmış nəfərin iştirakı ilə Bakının Landmark otelinin sonuncu mərtəbəsində təşkil edilmişdir. ICE Bakının direktoru Maurizio Ferri və  İtaliya Səfirliyinin Səfir Müavini Umberto Boeri-nin salamlaşma çıxışından sonra M.O.S.T. jurnalının direktoru Arslan Abbasov, MICAM Milano-nun direktoru Paolo Borghini və London trend və dizayn proqnoz şirkətinin direktoru WGSN Veronica Crespi çıxış etdilər.

Təqdimatdan əvvəl sərgi haqqında daha çox məlumat əldə etmək üçün MICAM Milano-nun direktoru Paolo Borghini ilə görüşdük.

MICAM ayaqqabı üzrə dünya səviyyəsində aparıcı nümayişlərindəndir. İtaliyada müxtəlif ayaqqabı bölgələrindən gələn bütün istehsalçıları bir araya gətirən Milli İtalyan Ayaqqabı fabrikləri Assosiasiyası - Assocalzaturifici tərəfindən təşkil olunur. Assosiasiyanın tərkibində Ferragamo, Tods, Geox daxil olmaqla 600-dən çox şirkət var, lakin bunların 80% -i kiçik və orta müəssisələrdir. Bizim vəzifəmiz, sizə ümumi italyan şirkətlərini təqdim edərək Made in Italy-nı əsas beynəlxalq bazarlarda təşviq etmək və tədbirlər təşkil etməkdir. Bizim üçün ən əsas tədbir elə məhz MICAM-dır.

MICAM nə vaxt keçirilir və kimlər iştirak edir?
Micam ildə iki dəfə - sentyabrda yaz-yay kolleksiyası, fevralda isə payız-qış kolleksiyası təqdim edilərək Milanda keçirilir. Növbəti buraxılış 15-18 sentyabr 2019-cu il tarixlərində keçiriləcək və 50 illiyini qeyd edəcəyik. Hər şeydən əvvəl rəqəmlər üzrə aparıcı sərgidir, belə ki, 63 min kvadrat metrdən çox ərazidə hər buraxılışda 2000-dən kolleksiya təqdim edən 1300-dən çox nümayişçi şirkət iştirak edir.  Sərgi iştirakçılarının 60% -i italyan və 40% -i 30 fərqli ölkədən gələn beynəlxalq şirkətlərdir. Buna görə də dünya səviyyəsində bir tədbir sayılır. Tədbirimiz peşəkarlara yönəlib və hər buraxılışda Milana 40.000-dən çox alıcı, yarısı İtaliyadan, yarısı 130-dan çox fərqli ölkədən gəlir.

MICAMDA nə olur?
MICAM biznes istiqamətli beynəlxalq sərgidir, ancaq biz yalnız bununla məşğul deyilik. Əyləncə mövzulu sahələr, o cümlədən moda nümayişləri olaraq tədbirlər təşkil edir, həmçinin dizayn və tendensiya gözləntiləri üzrə aparıcı şirkət olan WGSN ilə gələcək mövsümlərdə gözlənilən materiallar, tendensiya və rənglər mövzusunda əməkdaşlıq sayəsində təşkil edilən zəngin seminarlarımızı bütün əməkdaşlarımıza təqdim edirik.

MICAM hansı mövzular üzrə sahələr təklif edir?
Son buraxılışlarda ziyarətçilərə təcrübə təqdim etmək üçün möhtəşəm meydanlarla yeni bir plan hazırladıq. Düzəldilən ayaqqabının növünə görə beş mövzu üzrə sahə vardır ki, bunun üçün xüsusi fitinqlər hazırlamışıq: Fashion Square, Fun Square, iKids Square, Style Square, Man Square. Keçən il Fashion Square-də dünya səviyyəsində made in Italy-nın tədbirin əsas və lüks ayaqqabı markaları təqdim edildi: Ferragamo, Jimmy Choo, Giorgio Armani, Prada, Dolce&Gabbana, Gucci, Fendi, Zegna, Tod. Ən çox sərmayə qoyduğumuz sahələrdən biri də Emerging Designers üzrədir. Bu, MICAM-ın innovativ məhsullar axtarışında olan yeni nəsil dünya dizaynerlərinə olan diqqətinin nümayişidir.

50 illiyə çatmiş MICAM-ın növbəti 88-ci buraxılışı üçün reklam kampaniyası nə təqdim edir?
MICAM-ın reklam kompaniyası Dante Aligierinin İlahi Komediyasından ilhamlanır. 2017-ci ildə biz Cəhənnəmdən (İnferno), 2018-ci ildə Arafdan (Purgatorio) və indi 2019-cu ildə Cənnətdən (Pradiso) ilhamlandıq. Bu xəyali səyahəti yekunlaşdırmaq üçün sentyabrın növbəti buraxılışı, bizi təkmilləşdirməyə və kamilliyə çatmağa sövq edən gözəlliyə həsr ediləcək.

Dünya üzrə ayaqqabı sahəsində İtaliyanın nə kimi rolu var?
İtaliya dəyər baxımından dünyada üçüncü ixracatçı və Avropada birinci istehsalçıdır. İtalyan məhsulları ənənə, tərz və texnoloji yenilik ilə  hazırlanmış yüksək keyfiyyətlərinə görə qiymətləndirilir. İtalyan ayaqqabısını səciyyələndirən xüsusiyyəti keyfiyyəti, tərzi, dizaynı, ənənəsi, həmçinin yüksək texnalogiya, yenilik və araşdırma üsuludur. Bu ənənə və texnoloji yeniliyin qarışığıdır və bu italyan məhsulunu digərləndirən fərqləndirən və aparıcı məhsul edən amildir.

Azərbaycana hansı səbəbdən gəldiniz?
Tədbirin əsas beynəlxalq bazarlarda tanınması üçün fəaliyyət göstəririk. İtalyan ayaqqabıları üçün maraqlı və vacib bir bazar olduğu üçün Azərbaycan bazarında da olmaq istəyirik. Burada 2018-ci ildə 85 min cüt ilə təxminən 5 milyon avro ixrac etdik. Azərbaycanın made in Italy məhsullarını və yüksək keyfiyyətli ayaqqabıları yüksək qiymətləndirdiyini bilirik və bu bölgədən olan alıcıları MICAM Milan-a dəvət etmək istəyirik.

Müəllif: Rita Pistore
Tərcümə: Gulnar Zeynalova

23 Oktyabr 2019