Yarımadanın regionlarını kəşf etmək üçün səyahətimiz davam edir. Bu dəfə şimal-şərqə, özünəməxsus cazibəsi ilə bizi qarşılayan, sərhəd regionu Friuli Venesiya Culyaya yola düşürük. Bizi nələrin gözlədiyini bilməyə hazırsınız?
Friuli Venesiya Culiya regionunu ziyarət etməzdən əvvəl, adının mənşəyindən başlayaraq keçmişini öyrənmək üçün tarix kitablarını açmalıyıq. Friuli adı, olan, Yuli Sezar tərəfindən əsası qoyulmuş, Roma imperiyasına aid olan Forum Iulii - bugünki adı Cividale del Friuli adlanan lanqobard dövrünə aid izləri görə biləcəyiniz gözəl bir şəhərin adından götürülüb. Venesiya Culya adı isə Venesiya Respublikasının idarəçiliyində üç Venesiya bölgəsindən biri olan Venesiya və Histria adından götürülmüşdür.
Friuli Venezia Giulia - Drone Reportage di Fabio Pappalettera
Bu kiçik məlumat, böyük bir mədəni sərvətin sərhədləri daxilində nələrin olduğunu anlamaq üçün yeterlidir. Buna misal olaraq Qərb xristian dünyasının ən böyük mozaik döşəməsinə sahib olan möhtəşəm Bazilikası ilə Roma İmperiyasının mərkəzi olan Akuileya, ya da YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən, 16-cı əsrin sonunda Venesiya Respublikası tərəfindən orijinal 9 bucaqlı ulduz formasındaəsası qyulmuş qala şəhəri olan Palmanova, kimi şəhərləri nümunə göstərə bilərik
Palmanova & Aquileia
Friuli Venesiya Culya, əsrlər boyu xalqlar və ticarət üçün sərhəd və tranzit bölgə, eyni zamanda İtaliyanın ən əhəmiyyətli limanlarından biri olan Trieste şəhəri sayəsində Şərqi Avropaya açılan bir qapı olmuşdur. Triestenin cazibəsi, ziyarət edənlərin ürəyini fəth edəcək, bir tərəfi Molo Audaçeyə qədər dənizə açılan, İtaliyanın Birlik meydanının (Piazza Unità d'Italia) gözəlliyini düşünmək kifayətdir. Şəhərin kənarında Trieste Körfəzinin ecazkar mənzərəsini seyr edə biləcəyimiz, dənizə baxan möhtəşəm Miramare qalası yerləşir.
Təbiətlə təmasda olmaq və ekskursiyalarınız üçün sizə nəfəs kəsən mükəmməl mənzərələr təqdim edən gözəl Friuli Dolomitləri, Karnian (Carniche) və Culye (Julie) Alp silsilələri sizi gözləyir. Karst yaylası, Nəhəng mağara (Grotta Gigante) da daxil olmaqla, çoxsaylı mağaraları olan, dünyanın ən böyük təbii məkanıdır!
Friuli Dolomites
Sahil boyunca Linyano Sabbiadoro (Lignano Sabbiadoro) və günəşli çimərlikləri ilə Grado, ecazkar dənizkənarı kurort zonaları yerləşir.
Həqiqətən misilsiz bir hekayə, inanılmaz təbii irs, sözlə izah edilə bilməyən, ancaq yaşanılası bir mədəniyyət! Friuli Venesiya Culyaya xoş gəmisiniz!
Müəllif: Rita Pistore
Tərcümə: Nərgiz Cəfərova
16 Iyul 2020