Tollo Şərab anbarı, həvəskarlar üçün Abrutso şərabı

Tollo Şərab anbarı, həvəskarlar üçün Abrutso şərabı

Gözlərinizi bir anlıq bağlayın və geniş, yamyaşıl, ətirli üzümlüklərin arasında gəzdiyinizi təsəvvür edin. Bahar gəlib, sərin meh sizin üzünüzü oxşayır və xoş təravət hissi bəxş edir. Ətrafınızda  hökm sürən sürreal sakitliyi, simfoniyada olduğu kimi quşların gözəl nəğməsi müşayiət edir... siz indi düşünəcəksiniz: cənnət budur!
Əslində isə elə deyil, siz sadəcə öz xəyallarınızla Adriatik sahilinə yaxın, balaca Abrutso kəndi olan Tolloya gəlib çatmısınız. 

 


Lands | Cantina Tollo

Evdə oturduğunuz yerdə belə bu hissləri yaşamaq istəyirsinizə, Tollo Anbarına aid şərabdan asta-asta dadın....hər bir udumda siz o gözəl təbiətin dadını hiss edəcəksiniz.İtaliyanın ən bahalı şərablarının hazırlanmasında istifadə olunan ən yaxşı üzümlər onilliklərdir ki, məhz bu torpaqlarda becərilir.

Abrutso bütün dünyada öz şərabçılıq məhsullarının keyfiyyəti ilə məşhurdur, bu mənada, dünya paytaxt şəhərlərinin ulduzlu restoranlarında  və sayılıb seçilən şərab anbarlarında süfrəyə verilən Montepuliciano d`Abruzzo-nun şöhrətini xatırlamaq kifayətdir.  Bu uğur, torpağa hörmət bəsləyən, öz ənənələrini qoruyub saxlamaqla bərabər inkişaf və yeniliklərlə ayaqlaşmağı bacaran təsərüffat birliklərinin zəhmətinin bəhrəsidir. Tollo Şərab Zavodu bunun bariz nümunəsidir.

60-cı illərin əvvəllərində yaradılmış şərab zavodunun ta o vaxtdan istər yerli səviyyədə- Tollo üzümlüyünün inkişafına misilsiz töhvə verərək-onu Şərab Şəhərinə çevirmiş - istərsə də dünya səviyyəsində böyük xidmətləri olmuşdur. Nüfuzlu mükafat və təltiflər qazanmış bu şərabçılıq müəssisəsi ABŞ, Asiya, Avropa Birliyi, həmçinin Hindistan, Rusiya və Çin kimi yüksək rəqabətli bazarlarda da özünü təsdiq etməyi bacarmışdır.


İtalyan şərabçılığının zirvələrindən birini təşkil edən bu şirkətin  pilotu Rikkardo Briqinyadır. Onun layiq görüldüyü çoxsaylı mükafatlar arasında, şərabçılıq sahəsində ən mühüm sərgi olan Vinitaly tərəfindən təqdim olunan Üzümçülük-Şərabçılıqda layiqli ximətlərinə görə Cangrande Medalını qeyd etmək lazımdır. Onun ən böyük xidmətlərindən biri, təbii ki, heç vaxt Abrutsonu tərk etməməsi və dayanıqlı şərab istehsalı mədəniyyətini təşviq etməsi olmuşdur.

Tollo Şərab zavodunun fəaliyyət dövrü ərzində qazandığı bütün mükafatları saymaqla qurtarmaq olmaz. Sadəcə yalnız son il yarım müddətində layiq görüldüyü mükafatların qısa siyahısını nümunə gətirə bilərik:

MO 2015 - Montepulciano d’Abruzzo Dop Riserva - Tre Bicchieri 2020 - Gambero Rosso 2020,
HEDÒS 2018 - Cerasuolo d’Abruzzo Dop -  5 Star Wine 2019 - Vinitaly 2019,
MO 2014 - Montepulciano d’Abruzzo Dop Riserva - Tre Bicchieri 2019 - Gambero Rosso 2019,
ALDIANO 2014 - Montepulciano d’Abruzzo Dop Riserva - 4 Stars - Vinibuoni d’Italia 2019 Touring Club Italiano

İndi isə sizi Tollo şərablarının virtual dequstasiyasına dəvət edirik. Badələri qaldırın!
Dad dünyasına səyahətimizi, albalı və giləmeyvə ətrinin zərif ədviyyat rayihəsi ilə birləşərək, dolu, yumşaq, şirin və ipək kimi tanin dadı verən tünd yaqut qırmızısı rəngində və bənövşəyi çalarlı şərabla başlayırıq. Zamanla keyfiyyətinin daha da yaxşılaşdırılması üçün iyirmi dörd ay palıd ağacından olan çəlləklərdə, altı ay isə şüşələrdə saxlanılan MO’ Montepulciano d’Abruzzo Dop Riserva şərabı isti yeməklər, göbələk, trufel göbələyi, ət  yeməkləri və  yetişmiş pendirlə  mükəmməl ahəng yaradır.


Montepulciano d'Abruzzo

Səyahətimizi Rocca Ventosa Terre Di Chieti Igp şərabı ilə davam etdiririk, bu, tünd, balanslaşdırılmış qalıcı dadlı, açıq samanı rəngli Pinot Grigio-da  (ağ şərab növü)  sərin və ekzotik meyvə ətri, sona doğru isə zərif çiçək qoxusu aydın hiss olunur. Bu bənzərsiz ağ şərab -  aperitivdən tutmuş, ənənəvi və eksperimental mətbəxə kimi fərqli-fərqli fürsətlər üçün əla seçimdir. Adı çəkilən şərabı balıq qəlyanaltıları, dəniz məhsulları, balıq və ağ ətdən olan ikinci yeməklər, təzə pendirlə uyğunlaşdırmaq məsləhət görülür.

Səyahətimizi tünd çəhrayıparlaq rəngli, bənövşəyi çalarlara malik, yetişmiş qırmızı meyvə ətirli, zərif çiçək təravəti və incə ədviyyat rayihəli, yumşaq, qatı qalıcı tamlı bənzərsiz rosè (çəhrayı şərab) ilə yekunlaşdırırıq.

Hedòs Cerasuolo d’Abruzzo Dop

Hedòs Cerasuolo d’Abruzzo Dop
əla şərab növü olub, özünəməxsus təbii dadı ilə çoxsaylı yeməklərə zövq qatır. Adriatik dənizi balığının bulyonu, içalat, pizza, ağ ət qızartmaları və orta yetişmiş pendirlə əla ahəng yaradır.

Dequstasiyanı bəyəndinizsə, Cantina Tollo şərablarını Bakının ən yaxşı şərab evlərindən əldə eləyə bilərsiniz.

Ətraflı məlumat üçün cantinatollo.it saytını ziyarət edə bilərsiniz.

Müəllif: Paola Casagrande 
Tərcümə: Gülnar Məlikova

05 May 2020