Valentin günü üçün ideal görünüş

Valentin günü üçün ideal görünüş

Nəhayət ki, 14 Fevral - Sevgililər Günü gəldi çatdı!

Və budur, artıq makiyaj, saç, geyim və hədiyyə hazırlıqlarına başlanıb. Məsələ burasındadır ki, heç kim bizə Sevgililər Günündə necə davranmağı öyrətməyib, baxmayaraq ki, riayət olunası bir sıra xüsusi qaydalar var. Həyəcanınızı az da olsa azaltmaq və xoş duyğularınızı bölüşmək məqsədilə, Italia.az redaktor heyəti sizə ilin ən romantik axşamında qüsursuz görünməyiniz üçün bəzi geyimlər təqdim edir!

Bütünlüklə qara rəng geyim və bir pomada toxunuşu ilə daha cazibədar görünə bilərsiniz...
Qara rəngdə klassik bir geyimdən daha yaxşısı? Təbii ki, çox da banal olmadan.. Ətək, don-futlyar və  ya şalvar - bu il dəbdə əsasən düz xətlərdir. Onlara diqqət edin! Vücudunu, gözəl bədən quruluşunu düzgün qiymətləndirən qadından başqası qalib ola bilməz. Beləliklə, fiziki görünüşümüzə uyğun bir tərzdə geyinərək vücudumuzun gözəlliyini önə çıxaraq.

Diqqəti daha çox beldən yuxarı hissəyə cəlb etmək üçün belə qədər olan düz bir şalvarı incə bir kəmərlə geyinmək və ya  mümkünsə, açıq bir dekolte lap yerinə düşər. Əsas tövsiyəmiz: müxtəlif parçalar, teksturalar və materiallarla kombin yaradın. Tam bir şık görünüşə sahib olmaq istəyənlər şübhəsiz ki, futlyar-don seçməlidir. Təbii ki, detallara diqqət etmək şərtilə. Yüksək daban? Bəli, xüsusilə də belə bir geyimlə mütləqdir.

Tamamlanmaq üçün qış mövsümü rənglərindən istifadə etməklə dodağınıza xəfif pomada sürərək cazibədar bir görünüş yarada bilərsiniz . İnanılmaz bir axşam yeməyi üçün tünd tonlar tövsiyə edirik!

Çəkmələr...

Moda həftəsi yenicə bitdi, beləliklə bir çox yeni çəkmə modelləri ilə tanış olduq. Çox hündür, orta, yastı, min bir forma və rəngdə, yüksək və ya düz dabanlı, çəkmə seçimi etməklə heç zaman yanılmazsınız. Geyiminizə xüsusi bir rəng qatmaq üçün sadə bir hiylədir, hətta ən sadə görünüşü belə daha baxımlı, cəzbedici edir. Beləliklə, əylənin, əhval-ruhiyyənizi yüksək tutun və çəkmələrlə daha yaradıcı olun, heç vaxt yanılmazsınız.

Detallara diqqət, aksessuar hissəsi... Sadə bir aksessuarın görünüşümüzdə, yeni paltarlara ehtiyac duymadan edə biləcəyi "güc" ünü tez-tez unuduruq, sadəcə əlimizdə olanlara bir az dəyişiklik qataraq ortaya daha yaxşı bir iş çıxara bilərik! Budur, bir neçə nümunə təqdim edirik. Ümid edirik ki, təqdim etdiyimiz nümunələr sizə ilham mənbəyi olacaq. Boyuna diqqət çəkmək üçün saçlar yuxarı yığılır və iri sırğalar taxılır. Unutmayaq ki, ən böyük hiylə elə sadəlikdir.

Saç bəzəkləri, saç bəzəkləri və saç bəzəkləri, özümüzü qiymətli hiss etmək üçün kiçik bir tacdan daha yaxşı nə ola bilər Neytral və ya rəngli, sadə və ya qaşla bəzədilmiş bu kiçik aksesuar diqqəti həm üzünüzə həm də saç düzümünüzə çəkir.

Sonda isə, bu günün tendensiyası... üzüklər! Doğru üzükləri tapmaq hər zaman asan olmur amma getdiyiniz hər məkana uyğun olanı mütləq ki, var. Son illərdə, Instaqram hesablarında və ulduzlarda çox tez-tez rast gəlinir, bu artıq etibarlı bir tendensiyadır. Iri və tək qaş, ya da çox incə, hansının uyğun olacağına qərar vermək sizin ixtiyarınızdadır. Özünüzə gözəl görünüş yaradaraq əylənin və hər zaman sevinin!

Bu tövsiyələrlə redaktor heyətimiz sizə zövqlü bir gecə arzulayır və yadda saxlayın... görünüş vacibdir, lakin əsas olan əylənməyinizdir!


Müəllif: Giulia Clamer
Tərcümə: Səidə Eyyubova

14 Fevral 2020


Photo Source:
ragazzamoderna.it
cliomakeup.com
50sfumaturedioutfit.com