Valloria, Liquriyanın yaşıl təpələri arasında, İmperiyadan 15 km məsafədə yerləşən Prelà bələdiyyəsinin kiçik bir hissəsidir. Bura daş evlər və iç-içə dar küçələrin olduğu, çox xüsusi bir adı olan qədim bir orta əsr kəndidir: Valloria rəsmli qapılar diyarıdır!

Valloriaya səyahət edərkən sanki, açıq səma altında sənət qalereyasına səyahət etmiş olursan. Dalanlar arasında və hətta ən xəlvəti yerlərdə belə əsl sənət əsərləri var: kəndə misilsiz bir cazibə qatan üzərində rəsmlər çəkilmiş 158 taxta qapı. Evlərin, anbarların, tövlələrin qapıları italyan və xarici rəssamların fantaziya və yaradıcılığının ixtiyarına verilmişdir. Rəssamlar bu qapıların üzərində müxtəlif üslub və texnikalardan istifadə edərək fərqli fiqurlar və mövzular təsvir etmişlər.

Valloria, küçə sənətinin qəsəbəsi

Bu maraqlı təşəbbüs 1994-cü ildə qəsəbədən olan bir qrup şəxsin bu məkanı canlandırmaq məqsədi ilə həyata keçirdiyi fəaliyyətlərlə yaranmışdır. Beləliklə, hər il A Valloria Fai Baldoria adlı yay tədbiri münasibətilə Valloria kolleksiyasına yeni sənət əsərləri əlavə etmək və qapıları bəzəmək üçün sənətkarlar dəvət olunurlar.

Boyalı qapılardan əlavə Valloria dörd divar təsviri (murales) ilə də bəzədilib. Qəsəbəyə daxil olarkən bizi bu ərazinin ənənəvi məşğuliyyətini təşkil edən zeytun yığımını əks etdirən böyük bir divar təsviri qarşılayır.

Bir sözlə, Vallorianın qapıları hər zaman incəsənətə açıqdır!

Müəllif: Rita Pistore
Tərcümə: Nərgiz Cəfərova

06 Octyabr 2020