Verrigni makaronu, “Abrutsonun kraliçası”

Verrigni makaronu, “Abrutsonun kraliçası”

Biri var idi, biri yox idi, qızılgüllərlə dolu bir təpəlikdə, zaman məğrurcasına təbiətin ahəngini izləyir, sükut və əmin-amanlıq sərbəst hökmranlıq edir, əlvan çəmənlik astaca dənizə doğru uzanırdı. Hər bir jestin dərin məna ifadə etdiyi bu bakirə torpaqlarda, yerlə göyün nişanələrindən vəhdət yaradan sənətkarlar yaşayırdı. Məhz elə burda, qədim Rosburqda, Luici Verrigninin makaron hazırlanmağın incə sirlərinə yiyələnir.

Dəyirman daşı ilə üyüdülmüş buğda, Qran Sasso suyu ilə yoğrularaq, bambuk qamışlarının üzərində açıq havada qurudulur və beləcə “Abrutsonun kraliçası”, Verrigni makaronu yaranır. Onun təkrarolunmaz ləzzəti tezliklə təpənin hüdudlarından kənarda, evdən-evə, şəhərdən şəhərə, bölgədən bölgəyə səyahət edərək tanınır.

Luici Verrigninin Qədim Rozeto Makaron Fabrikini yaratması 1898-ci ilə təsadüf edir. O vaxtdan bəri çox şey dəyişir: Rosburq dəyişib Roseto degli Abruzzi oldu, buğda emalı üsulları inkişaf etdi, lakin makaronun keyfiyyəti eynən olduğu kimi qaldı. Çünki, Verrigni ailəsi qədim ənənələrin dəyərini nəsildən-nəsilə ötürərək qoruyub saxlamağı bacarır. Bu gün də bu gözəl hekayə Gaetano Verrigni və Françeska Petrei Kastellinin, makarona olan ortaq sevgisi, keçmiş ənənləri unutmadan yenilik gətirmə bacarığı sayəsində davam edir.


Pastificio Verrigni - Antico pastificio rosetano

Verrigni makaronları, əsasən Abrutsoda becərilib yığılmış ən yaxşı italyan taxılı ilə günəş, su, hava və doğma torpağın ayrılmaz vəhdətinin nəticəsidir: hər daddıqda duyulan orijinal ləzzət. Hə, əgər bu ləzzətə gözəllik də qatılarsa, uğur qaçılmazdır.

Dünyanın bir çox ölkəsində təmsil olunan Pasta Verrigni estetik baxımdan da inkişaf edərək, məşhur aşpazların mətbəxinə olduğu kimi, ailələrin də yemək masasına kreativlik və sevinc gətirmişdir.

Sokkuadro, Ri-Kudro, Pi–Kuadro, Pannotta, Makuadro, Kubetto, Peperone Di Qrano, klassik Verrigni kollekiyasına aid olan  həmişəyaşıl Spaqetti, Riqatoni, Bukatini və digərlərinin sırasına aid olan təxəyyül məhsullarından yalnız bir neçəsidir. Qızılı, bürüncü, ətirli, qlütensiz, bio olaraq istehsal olunan Verrigni makaronları, incə damaq dadı olanları və keyfiyyətə daha çox tələbkarlıq və həssaslıqla yanaşan istehlakçıları təmin edə bilir.


İtaliyanı və əsl italyan mətbəxini sevənlər üçün bu günlərdə evlərinizdə hazırlayaraq əzizlərinizlə bölüşə biləcəyiniz bir neçə resept seçmişik.... isti yeməyin buxarından birlikdə zövq alacağımız günlərin intizarındaykən, sizə “Nuş olsun!” deməkdən başqa seçimimiz qalmır!

Dəniz molyusku, pomidor və kəklikotulu kiçik pakkeri makaronu



Pakkeri və pomidorun vəhdəti ilk baxışdan sevgiyə bənzəyir: bu vəhdət yeməkdə buğda kəpəyinin ətrini vurğulayır və nəticədə bu ətir hər loxmada duyulur. Makaronun qırışıq səthində toplanan bu qarışım əvəzolunmaz bir ləzzətdən xəbər verir. Pakkeridən kiçik pakkeriyə keçid çox asan və sadədir, çünki doğru seçilmiş inqrediyentlər sayəsində sadə makaron, qida baxımından mükəmməl balanslaşdırılmış, sürətli və rahat hazırlanan, ekstravaqant və unikal bir yeməyə çevrilir.

Tərkibi (2/3 porsiya)
300 qr kiçik pakkeri makaronu
400 qr Pakino çerri pomidoru
60 qr çəyirdəksiz Taccaska zeytunu
500 qr təmizlənmiz dəniz molyusku
1 diş sarımsaq
tər kəklikotu
qara istiot, duz
soyuq sıxılmış italyan zeytun yağı

Hazırlanması
Bir tavada bütöv diş sarımsaq, bir qıça kəklikotu və xırda doğranmış balığı bir az yağda isidin, yağ qızana yaxın iki hissəyə bölünmüş və yuyulmuş pomidorları əlavə edin.Eyni vaxtda duzlu suyu qaynar hala gətirin və makaronu suyundan bir az saxlayaraq, tam bişməmiş halda süzün.

Qızılbalıqlı və yalançı kremli makaron



Əlbəttə, sizə qəribə görünə bilər, amma sadə bir makaron silinməz xatirələr yaradaraq, belə demək olarsa, bir ənənəyə çevrilə bilər. Ləzzət uyumuna görə dillərə düşən makaron, müxtəlif vəziyyətlərdə dadımıza çatır: qəfil dost yığıncaqlarında, ən gözlənilməz saatlarda iştahımız oyananda və ya ənənəvi ailə masasında. 

İnqrediyentlər (2/3 porsiya)
350 qr penne (qələm formalı) yeni Verrigni makaronu
200 qr Upsdream hisə verilmiş qızılbalıq
təzə yaşıl soğan
150 qr qaynanmış düyü (artıq bişmiş)
soyuq sıxılmış italyan zeytun yağı
şəkər
duz, istiot

Hazırlanması
Hisə verilmiş qızılbalığı dəridən ayırın və kiçik kub formasında doğrayın. Azca duz əlavə edilmiş suyu  qaynadın və Verrigni penne makaronunu bişirin. Blenderin köməyi ilə qaynadılmış düyünü həlim halına gətirərək, bir neçə kub qızılbalıq, 1 çay qaşığı şəkər və bir-iki qıça yaşıl soğan əlavə edib, üzərinə bir çömçə bişmiş makaronun suyundan tökün. Düyü kremini tavaya tökün və tam bişməmiş makaronu əlavə edərək 1 xörək qaşığı zeytun yağı və bir neçə qaşıq makaronun qaynadığı su ilə qarışdırın. Makaronu servis edərkən son ştrix olaraq, qızılbalıq kublarını, öncədən doğranmış yaşıl soğan yarpaqlarını və zövqə görə istiot əlavə edin.

Zəfəranlı bal ilə Verrigni Spaqetti qızartması



Həmişə əlimizin altında olan bir inqrediyentlə beş dəqiqəyə zəfəranlı bal ilə qeyri-adi qızartma hazırlamaq, yeməyə fasiləsinə bir şirinlik qatmaq, tələsik atışdırmalıq düzəltmək və ya gözlənilməz qonaqları təəccübləndirmək üçün ən yaxşı sey nə ola bilər: makaron.


İnqrediyentlər (4/6 porsiya)
250 qr nazik spaqetti
Qızartma üçün duru yağ (günəbaxan və ya araxis)
Duz
şəkər pudrası
Abrutsonun zəfəranlı balı

Hazırlanması
Azca duzlu suyu qaynadın. Spaqettini alaçiy formada qaynadın (3 dəqiqə), yaxşıca süzün, bir çəngəlin köməyi ilə kiçik yuvalar əmələ gətirin və sonra onları mətbəx taxtasının üstünə düzün. Qızartma üçün çoxlu miqdarda yağı isidin. (170 / 180ºC). Bu yeməyi hazırlamaq üçün, Qədim Rosetano VERRIGNI Makaron Fabrikinin istehsalı, bişirmə müddəti 3 dəqiqə olan, rahat bişməsinə və tavada qızarmasına imkan verən üç dişli bürüncü rəngli spaghettoalvolo (əlüstü spaqetti) makaronlarında istifadə edə bilərsiniz.

Ətraflı məlumat üçün verrigni.com abruzzoturismo.it/en/roseto-degli-abruzzi-te saytını ziyarət edə bilərsiniz.

Müəllif: Paola Casagrande 
Tərcümə: Kəmalə Əliyeva

07 May 2020