Viktoriya Olive, 80 illik zeytun sevgisi

Viktoriya Olive, 80 illik zeytun sevgisi

Kampaniya, zeytun və zeytun yağı istehsalına görə  İtalyanın ən məşhur regionlarındn biridir: onun təbiətinə nəzər saldıqda zeytun bağlarının yaşıllığına heyran qalmamaq mümkün deyil...  Artıq 80 ildir Viktoriya Olive zeytun becərilməsi və istehsalı ilə məşğul olaraq, kampaniyalarin öz torpaqlarına olan sevgi və rəğbətlərini süfrələrə  gətirir.


Kampaniyada zeytunçuluğun min illik tarixi var. Bu ağaclardan yığılan zeytun hətta aperitif üçün də mükəmməldir. Ancaq pasta, salat, pizza kimi digər yeməklərə zdad qatmaq üçün də istifadə olunur... Bir sözlə zeytun müxtəlif formalarda istifadə olunur! Unutmayaq ki, zeytundan italyan mətbəxinin əvəzolunmaz və əsas inqredientlərində biri olan ekstra təmiz zeytun yağı (l’olio extra vergine di oliva) hazırlanır.  

Olive tree

İllər keçdikcə zeytun yetişdirmə üsulları dəyişdi və müasirləşdi, lakin Kampaniyalıların öz torpaqlarına və məhsullarına olan rəğbəti və sevgisi əsla azalmadı, əksinə nəsildən-nəslə ötürüldü.

Hər kəsin Viktoriya ləqəbi ilə tanıdığı Anna Karotenutonun 1938-ci ildə zeytun yetişdirməsi və istehsalına başlamağa sövq edən də, məhz onun vətəninə olan sevgisi oldu. Həyat yoldaşının idarə etdiyi araba ilə, Viktoriya nənə Vezuvidə, Arko Pomilyano və Müqəddəs Sebastiyan əraziləri arasında kayaççe (caiazzane) zeytunları satırdı.

Bu gün Viktoriya Olive kimi tanınan Viktoriya nənənin gördüyü iş nəsildən-nəslə ötürülüb. Zaman keçdikcə yeni avadanlıqların gətirilməsi və İtaliyada digər fabriklərin açılması sayəsində bu sahə inkişaf etdi və genişləndi, lakin Viktoriya nənənin bu sahəyə olan sevgisi illər keçsə də azalmamışdır.

Bu gün şirkət satışa qədər bütün istehsal mərhələlərini həyata keçirərək zeytun yetişdirir və istehsal edir. Qiymətli zeytunlardan başqa, Viktoriya Olive turşu və ekstra təmiz zeytun yağı istehsalı ilə də məşğuldur.

Vittoria Olive products

Zeytunun keyfiyyətinə eyni zamanda, hər şeydən əvvəl Kampaniyaya olan sevgiyə zəmanət verilir!

Viktoriya Olive haqqında daha ətraflı məlumatı http://vittoriaolive.it/ bu saytdan əldə edə bilərsiniz.

Müəllif: Rita Pistore
Tərcümə: Nərgiz Cəfərova

22 Iyun 2020