Yaz mövsümünün ən son tendensiyalari

Yaz mövsümünün ən son tendensiyalari

 2020-ci il Yaz Modası? Çox zərif və dəbli görünüş!
Şkafı alt-üst etməyə hazırsınız? Mövsümün dəyişməsinə az qalıb.


Tünd rənglər, ağır tekstura və qaranlıq görünüşlərə artıq son. Bu il yaz hər mənada, doğurdan da yaz rənglərinə bürünəcək!

Dəbin gözəlliyi məhz budur: sizi tamamilə dəyişdirmək gücünə malikdir. Geyinməyi seçdiyimiz "ikinci dərimizdə" özümüzü daha rahat hiss etməyimizə çox təsiri var! Yeni Yaz/Yay 2020 kolleksiyaları sanki  "multi-vitamin" rənglərin qarışığıdır, yumşaq və zərif, heç bir rəng çaları istisna edilmir.

Bütün çalarlarda çəhrayı rəng öz sözünü deyəcək! Yumşaqdan parlaq olanına, qədim Prada çəhrayısından Alberta Ferrettinin somonuna qədər, çəhrayı rəng önümüzdəki aylarda qarderobunuzdan əskik olmamalıdır. Lap uşaqlıqdan şahzadə olmağı xəyal edirdiniz? Bunu həyata keçirmək üçün indi ən yaxşı fürsətdir.

Ancaq çəhrayı bu mövsümün yeganə qəhrəmanı deyil. Yaşıl rənglərin də incə çalarlarını görürük (bəli, məhz yaşıl, düzgün başa düşdünüz!) Solğun yaşıldan açıq yaşıla qədər hər zövqə uyğun: mamır, nanə və pastel, qeyri-adi rənglər seçərək cəsarətli olmağı tövsiyə edirik. Qarderobunuzda yeniliklər edin, geyimlərinizi təzələyin!

Bəs bu mövsüm modanın ən maraqlı hissəsi hansıdır? Təbii ki, çalarlar, amma bu dəfəki əsas yenilik hərəkətliliyə fokuslanmaqdır. Addım, jest, baxış. Qısa və ya uzun, şalvar və ya yubka fərqi yoxdur, növbənöv geyimlər təqdim edildi. Çox uzun, lakin çox işləməsi olmayan, xüsusən də kokteyl və ya gündüz paltarları. Sadə və ya həcmli saç düzümü, monoxrom və ya sadə görünüşə görə dəyişir.

Ağ rəngdən yasəmənə, mavi rəngdən okean rənginin çalarlarına qədər... yumşaq və ya canlı, bu son kolleksiyalar həqiqətən bütün zövqləri oxşamağı bacardı. Hər hansı bir məsləhət? Rəngbərəng bir dünyaya atılın. Rənglər dənizində üzün, 2020-ci ildə səhv edə bilməzsiniz ;)

Zamanın nəbzini tutun, bu il öz şəxsiyyətinizi ön plana çıxarın!

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

12 Mart 2020