Bizim üçün Cəmiyyət nədir

Bu Cəmiyyət yeni imkanlarla dolu olmaqla yanaşı, təcrübələrinizi paylaşacağınız bir yer və ən yaxşı italyan həyat tərzi yaşamaq üçün unikal bir fürsətdir.
Siz bizim üçün vacibsiniz! Və biz müştərilərimizə ən yaxşısını təklif etmək istəyirik! İtalyan həyat tərzini sevən birisinizsə, xaricdəki İtalyan Cəmiyyətinə qoşulmaq istəyirsiniz və əla yeməyə, eyni zamanda ləzzətli dequstasiyalara önəm verirsinizsə, o zaman nəyi gözləyirsiniz?! Biz artıq Sizi gözləyirik!

Biz nə Təklif edirik

Italia.az ilə Siz istər Bakıda istərsə də ölkədən kənarda İtaliyaya və İtaliyansayağı həyat tərzinə həsr olunmuş ən maraqlı tədbirlərdə  iştirak etmək şansı əldə edəcəksiniz. Sadəcə veb-səhifəmizdə qeydiyyatdan keçməklə siz müxtəlif mədəni tədbirlərdə, İtaliya və Azərbaycanın müxtəlif sahələrini təmsil edən önəmli insanlar ilə görüşlərdə iştirak etmək, italyan yüksək moda tərzi ilə yaxından tanış olmaq, “qurme” sayılan xüsusi şam yeməklərinə və bu cür bir çox eksklüziv məkanlara qatılmaq üçün Sizə sonsuz imkanlar açacaq abunəlik əldə edəcəksiniz! Sizə olan təklifimiz xaricdəki digər italyanlarla intensiv əlaqə (şəbəkə) yaratmaq və birlikdə opera konsertlərindən tutmuş səyahətlərə qədər əylənmək imkanıdır.

Cəmiyyətə necə üzv olmalı?

Aşağıda gördüyünüz qeydiyyat sorğusunu bizə göndərdikdən sonra tərəfimizdən sizə elektron poçt vasitəsilə göndərilən Üzvlük Formasını dolduraraq info@italia.az e-mail ünvanımıza yollaya bilərsiniz. Üzvlük kartınızı, doldurduğunuz Formanı qəbul etdikdən sonra əldə edəcəksiniz. Üzvlük kartını əvvəlcədən görüş təyin edib ofisimizə yaxınlaşmaqla əldə edə və ya kuryer vasitəsi ilə birbaşa evinizə təhvil ala bilərsiniz.


Tələblərinizə ən uyğun gələn Üzvlük kartını seçin:

black card
FRIENDS

Gəncsiniz, italyan həyat tərzi ilə maraqlanırsınız və bu eksklüziv Cəmiyyətin bir hissəsi olmaq istəyirsinizsə, biz sizə bu möhtəşəm reallığa qoşulmaq şansını təqdim edirik! Bizim ən eksklüziv tədbirlərimizdə iştirak etməkdən, Bakıda və İtaliyada baş verənlər barədə daima xəbərdar olmaqdan zövq alacaqsınız. Ən əsası isə İtalyan Cəmiyyətinə daxil olmaq və gələcəyiniz üçün uğurlu bir potensial yaratmaq şansınız olacaq! Bu Cəmiyyətin üzvü olmaqla Italia.az Çəmbərinə daxil olan mağazalarda endirimli məhsul/xidmətlərdən faydalanmaq və bizim tədbirlərimizdə güzəştli şərtlərlə iştirak etmək imkanı əldə edəcəksiniz. Friends Üzvlük kartı ödənişsizdir.

black card
BUSINESS

Sahibkarsınız və ya olmağa hazırlaşırsınız, İtalyan həyat tərzi ilə maraqlanırsınız və Lüks bazarı araşdırmağa həvəslisinizsə, axtardığınız məhz bu üzvlükdür. Bakı ilə mütəmadi əlaqəsi olan maraqlı iş adamları ilə əlaqə qurmaq, görüşmək, fikir və məsləhət mübadiləsi aparmaq, yüksək səviyyəli tədbirlərdə iştirak etmək şansınız olacaq. Bizim Business Cəmiyyətimizə üzv olaraq siz, daim yüksək səviyyəli sahibkarların əhatəsində olmaqla yanaşı çoxsaylı müxtəlif tədbirlərə giriş, promo aksiyalar və xüsusi endirimlər əldə edəcəksiniz. Business Üzvlük Kartını illik ödəniş etməklə əldə edə bilərsiniz.

black card
VIP

Dəbdəbə vurğunusunuz, “Dolce Vita” heyranlığınız var? O zaman VIP üzvlük kartımız sizin üçün ən uyğun seçimdir! VİP üzvlük kartı əldə etməklə, siz hər zaman yüksək profilli tədbirlərə giriş əldə edəcək, Bakını tərk etmədən lüks italyan həyat tərzini yaşayacaq və İtaliya cəmiyyəti ilə sıx əməkdaşlıq yarada biləcəksiniz. Bu üzvlük sizə Qidadan Dizayna, Modadan İncəsənətə qədər olan müxtəlif “Made in Italy” sektorlarında ən yaxşı italyan mütəxəssislərinin iştirakı ilə sofistik tədbirlərdə iştirak etməyə və daha çoxuna imkan yaradacaq! Bundan əlavə, Italia.az Çəmbərinə daxil olan şirkətlər və mağazalar tərəfindən sizə olunan xüsusi endirimlərdən yararlana biləcəksiniz. VIP Üzvlük Kartını illik ödəniş etməklə əldə edə bilərsiniz.

Qeydiyyat

Əgər Siz də İtalia.az cəmiyyətinin bir üzvü olmaq və kartımızı əldə etmək istəyirsinizsə, müraciət formunu doldurmağınızı xahiş edirik. Müraciətiniz qeydə alındıqdan sonra 3 iş günü ərzində sizinlə əlaqə saxlanılacaq. Üzvlük kartlarının verilməsi müraciətlərə baxıldıqdan sonra, seçim əsasında aparılacaq.