Italia.az, "Made in Italy" markasının dünyada təşviqinə həsr olunmuş, əsasən "dəbdəbə" sektoruna yönəlik yeni bir platformadır. Platformanın əsas hədəfi, qarşılıqlı əməkdaşlıqda maraqlı olan insanlar, qurumlar, italyan və xarici şirkətlər arasında əlaqə yaratmaqdan ibarətdir.

Platforma İtaliyanın təbliğini, onlayn jurnal vasitəsi gündəlik olaraq dörd dildə (İtalyan, İngilis, Rus və Azərbaycan) dərc olunan məqalələr, sosial media marketinqi, şəbəkə fəaliyyəti və ən yüksək səviyyəli "Made in Italy" tədbirlərinin təşkili vasitəsilə həyata keçirir.

Əgər sizin işiniz "Made in Italy"in başlıca sahələri hesab olunan, moda, dizayn, qida və şərab sənayəsi, daşınmaz əmlak, turizm, ümumiyyətlə lüks sektorlarla əlaqəlidirsə və ya siz, İtaliya şirkətləri və mütəxəssisləri ilə əməkdaşlıq üçün yeni üfüqlər açmaq istəyirsinizsə, onda İtalia.az platformasına qoşulmaq barədə ciddi düşünməlisiniz.
Elə indi bizimlə əlaqə saxlayın!

ITALIA.AZ PLATFORMASINA QOŞULMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR?

Italia.az Birliyinə “Biznes Member” olmaq

"Üzvlük" proqramımızın məqsədi iqtisadi əməkdaşlıqda və yeni bazarların inkişafında maraqlı olan mütəxəssislər və şirkətlər birliyini yaratmaqdır. Biznes Üzvləri üçün fərdi tədbirlər, ikitərəfli görüşlər, potensial tərəfdaşların axtarışı, korporativ missiyalar və digər tələb olunan xidmətləri həyata keçiririk.

Daha ətraflı məlumat almaq üçün, Community bölməsinə baxın!

 

Siz İtalia.az Birliyində “CircuIT” şəbəkəsinə üzv olduqda

Əgər italyan məhsullarının satışı ilə məşğulsunuzsa, italyan restoranı, səyahət agentliyi, otel sahibisinizsə, və yaxud bizim "Community" üzvlərini maraqlandıran hər hansı bir fəaliyyətiniz varsa, Italia.az kart sahiblərinə xüsusi endirimlər və ya güzəştlər təklif edən şəbəkəmizə ödənişsiz olaraq qoşula bilərsiniz. Şəbəkəyə qoşulan şirkətlər portalın "CircuIT" bölməsində görünəcək və müvafiq xəritədə yer alacaq. Bundan əlavə, üzvlərimiz tərəfindən dərhal tanınmanızı təmin etmək üçün, sizə mağaza / restoran / otel və s. daxilində sərgiləyə biləcəyiniz xüsusi fərqlənmə nişanı təqdim edəcəyik.

Daha ətraflı məlumat almaq üçün, CircuIT bölməsinə baxın!




Italia.az portalında işinizi təbliğ etməklə

İşinizi Italia.az-da təbliğ etməklə yeni bazarlarda geniş imkanlara sahib olacaqsınız. Ehtiyaclarınıza əsasən, təklif olunan müxtəlif reklam "paket” lərindən sizə uyğun olanını seçmək imkanınız olacaq. Müraciətiniz üzrə, yaradıcı heyətimiz təklif etdiyiniz məhsullar/xidmətlər barədə fərdi məqalələr və ya guşələr yazmağı, uğur hekayənizdən və şirkətinizin təklif etdiyi məhsul/xidmətlərin dəyərindən bəhs edən müsahibələr hazırlamağı, yüksək keyfiyyətli video/foto  reportajlar hazırlamağı, rəsmi səhifənizi yaratmağı və bizim platforma vasitəsilə təqdim etmək istədiyiniz bir çox marketinq  üsullarını diqqətinizə çatdırır.

Daha çox məlumat əldə etmək üçün, Reklam bölməsinə daxil olun!

 

 Made in Italy tədbirlərini bizimlə birlikdə təşkil edərkən

Italia.az komandası mədəni və işgüzar tədbirlərin təşkilində liderdir. Xidmətlərinizi/məhsullarınızı müəyyən müştəri təbəqəsinə təqdim etmək üçün, yüksək səviyyəli "Made in Italy" tədbiri təşkil etmək istəyirsinizsə, biz öz bacarıqlarımızla sizin xidmətinizdəyik və layihənin hazırlanmasından tutmuş məlumat mübadiləsinə qədər bütün təşkilati məsələlərdə sizə yardım etməkdən məmnunluq duyuruq. Bundan əlavə, beynəlxalq əlaqələr üzrə şəbəkəmizi ixtiyarınıza verərək, sizə hər zaman düzgün insanları cəlb etməyə imkan verən ictimaiyyətlə əlaqələr xidmətlərini təqdim edə bilərik.

Tədbirlərin təşkili barədə daha çox məlumat üçün, elə indi bizimlə əlaqə saxlayın!