Art & Culture

“Bir sənət əsəri əbədiləşmək üçün, ağıl və məntiq barədə düşünmədən həmişə insan hüdudlarını aşmalıdır.” Giorgio de Chirico

Dünyanın heç bir ölkəsi İtaliya qədər zəngin bədii-mədəni irsi ilə qürur duya bilməz:
rəssamlıq sənəti, heykəltəraşlıq, aktyorluq, yazı, musiqi, foto və s. İncəsənət istənilən formada özünü ifadə edə bilir, düşüncə, müşahidə qabiliyyəti, məharət, onu yaradan sənətkarın fitri istedadı! 
Biz incəsənətlə elə sənət məbədlərində tanış ola bilərik: muzeylərdə, teatrlarda, kitabxanalarda, sərgilərdə!
Ruhun qidasına çevrilən incəsənət olmadan heç bir insan onu əhatə edən Kainata özünü bu qədər yaxın hiss edə bilməz!

Şimaldan cənuba doğru, müxtəlif adalar boyunca 300.000 kvadrat km ərazi boyunca uzanan bədii, tarixi və təbiət gözəllikləri ilə əhatə olunmuş bir ölkə: İtaliya!
Dünyanın hər bir sakini Bəşəriyyətin zəngin  İrsini tanımaq, qiymətləndirmək, dəyərləndirmək, qorumaq hüququna və imkanina sahib olmalıdır!


Əgər siz İncəsənət və Mədəniyyətlə maraqlanırsınızsa, tərəfdaş, sənətçi, musiqiçi, fotoqraf, yazıçı və rejissor axtarırsınızsa,
əgər sənətçi olmaq, incəsənət və mədəniyyət sektorunda çalışmaq, yeni peşə fürsətləri qazanmaq və yüksək səviyyəli təlim arzusundasınızsa,
əgər siz muzeylərə, teatr tamaşalarına, sərgilərə, konsertlərə və incəsənətə həvəslisinizsə, komandamızın təcrübəsinə güvənin, elə indi bizimlə əlaqə qurun!